Vüqar Məmmədov – Nəticə üçün yorulmadan çalışmaq

vugar_mamedovi

Vüqar Məmmədov 10 ildən artıqdır ki, Marneuli meriyasında çalışır. Bu gün o, maliyyə-büdcə şöbəsinin rəhbəridir. Əgər iki ay əvvəl seçilmiş Temur Abazovu nəzərə almasaq, meriyada rəhbər vəzifədə yalnız bir etnik azlıq nümayəndəsi işləyir.   Dövlət dilinin öyrənilməsi və yerli özünüidarə orqanında işlə təmin olunması Vüqar Məmmədov üçün nə bahasına başa gəlib, bunlar barədə süjetimizdən xəbər tutacaqsınız:

Vüqar Məmmədov Marneuli bələdiyyəsinin maliyyə-büdcə xidmətinin rəhbəridir. O, bu vəzifəyə gələnədək uzun yol keçməli olub. Orta məktəbi Təkəli kəndində bitirib, gürcü dilini isə hərbi xidmət və təcrübə keçən zaman öyrənib.

Mən orta məktəbi 1991-ci ildə bitirmişəm. Sovet Şurası dövründə ictimai məktəb oxudum. Bəli, gürcü dili tədris olunurdu. Ancaq mən həmişə ucadan bun qeyd etmişəm ki, hamımız bilirdik Sovet Şurasında vəziyyət necə idi. Əsas aksent rus dilinin öyrənilməsinə verilirdi. Gürcü dili ikinci üçüncü dərəcəli idi”.

Vüqar 2003-cü ildən başlayaraq bir il altı ay müddətində Marneuli bələdiyyəsinin iqtisadiyyat şöbəsində təcrübə keçib. Onun dediyinə görə, nəqliyyat problemi üzündən tez-tez işdə gecələməli olub.

Səhərdən axşam saat 6-ya kimi işdə olurdum. Bilirsiz ki, o zaman yolların vəziyyəti necə idi. Saat 1-2-dən sonra bizim kəndə maşın getmirdi. Elə günlər olurdu səhərə kimi işdə qalırdım və otaqda otururdum. Hərdən həftədə iki üç gün Şulaveridən öz kəndimizə piyada gedirdim”.

Şulaveridən Təkəliyədək 15 km məsafə var. Vüqar bu məsafəni piyada getməli olurdu, lakin dediyinə görə ailə üzvlərinin də dəstəyi ilə öz məqsədləri uğrunda mübarizəni davam etdirirdi. 2005-ci ildə Vüqar iqtisadiyyat sahəsində Marneuli bələdiyyəsi icra hakimiyyəti aparatının aparıcı mütəxəssisi oldu. 2006-cı ildə isə o, Zurab Jvania adına İnzibatçılıq Məktəbində təhsil alırdı. Vüqar İnzibatçılıq Məktəbini bitirən ilk şəxslərdəndir. Bundan sonra isə o, bələdiyyənin maliyyə-büdcə xidmətinin rəhbəri oldu.

“3 ay oxdum, test imtahanı verdim və məktəbi yaxşı bitirdim. Oradan qayıtdıqdan sonra bələdiyyədə aparatın büdcə-maliyyə xidmətinin rəhbəri təyin olundum. 2006-cı ilin 10 mayından çalışıram”.

Vüqar maliyyə-büdcə xidmətinin rəhbəri olduqdan bu yana 12 il keçib. Onun dediyinə görə, 12 il asan keçməyib və o çox sayda maneə keçməli olub:

 “Elə vaxtlar olurdu gecə evə getmirdik. Səhərə kimi çalışırdım. Komptüri və qanunları yaxşı səviyyədə bilmirdim deyə həmişə oxuyurdum. Oxuyurdum, nəyisə başa düşməyəndə zəng vururdum, Maliyyə Nazirliyinə konsultasiyaya gedirdim. Bizdə maliyyəçilərin assosiasiyası təsis edilmişdi. Konsultantımız var idi və həmişə gedirdim. Ayıb deyil ki, nəyisə bilmirsənsə soruşub öyrənməlisən”.

Çoxsaylı çətinliklərə baxmayaraq, Vüqar hesab edir ki, eyni yolu bir daha keçərdi:

Zaman gəlir və nəticə əldə edirsən. Bu gündə düşünəndə deyirəm ki, yenidən də olsa eyni zəhməti çəkərdim ki, nəticə əldə edim. Bir yerdə oturmaqla kimsə adama vəzifə vermir, bu istisnadır. Özümüzü xilas etməliyik. Bilirəm ya bilmirəm, bu işi görə bilərəm ya yox. Əgər bacarırsansa haı işə qəbul edər”.

“Marneuli” Radiosu

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register