BMT YERUSƏLİMİN STATUSUNUN DƏYİŞMƏZLİYİ HAQQINDA REZOLYUSİYAYI TƏSDİQLƏDİ

yerusalim

Baş Assambleyada keçirilən səs vermədə, söz edilən rezolyusiyayı 128 ölkə dəstəklədi, 9 ölkə qarşı çıxdı, 35 -si isə, səs vermədən baş qaçırtdı.

BMT-nin Baş Assambleyasında Yerusəlimin statusunun dəyişməzliyi ilə bağlı rezolyusiyanın səs vermə prosesində Gürcüstan iştirak etmədi.

Səs vermə nəticələrinə görə, Gürcüstandan başqa, yenə 20 dövlət rezolyusiyanın səs verməsindən baş qaçırdıb.

Xatırladaq ki, BMT-də Yerusəlimin statusu ilə bağlı planlaşdırılan səs vermədən öncə, Donald Tramp, ABŞ-dan yardım alan ölkələri təhdid etdi.

“Bizdən milyardlarla dollar alan hökümətlər, bizim əleyihinə səs vermək istəyirlər. Qoy bizə qarşı olsunlar, biz də bundan sonra, daha çox məbləğlərimizi qoruyarıq” – dedi Tramp.

Yerusəlimim statusu ilə bağlı rezolyusiyada, hansı ki, bugün Parlament Assambleyasında səs verməyə çıxardılacaq, deyilir ki, müqəddəs şəhərin statusunun dəyişdirilməsi üçün ABŞ-ın qərarının qanuni qüvvəsi yoxdur. Ona qədər isə, ABŞ-ın BMT-dəki səfiri bəyan etdi ki, Tramp ondan, ABŞ-ın əleyhinə səs verən ölkələrin siyahısının hazırlanmasını tələb etdi.

“Prezident səs vermə prosesini diqqətlə izləyir. Əleyhimizə verilən hər bir səsi qeyd edirik” – dedi ABŞ-ın BMT nümayəndəsi Niki Heyli.

Yerusəlimin İsrailin paytaxtı kimi elan edilməsi bütün dünyanın tənqidinə səbəb oldu.

BMT-nin rezolyusiyasının 14 ölkə dəstəkləyir. Qarşı olan isə, ABŞ-dır.

 

Məmbə: 1tv.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register