Giorgi Kvirikaşvili – Qadınlara qarşı zorakılığa görə, ən qorxunc cəzanın verilməsinin tərəfdarıyam

kvirika-2-702x336

Qadınlara qarşı zorakılığa görə, ən qorxunc cəzanın verilməsinin tərəfdarıyam” – bu bəyanatı Gürcüstanın baş nazir Giorgi Kvirikaşvili parlamentin növbədənkənar iclasında çıxış edərkən verdi.

Kvirikaşvili bəyan edir ki, qadınlara qarşı zorakılığın qarşısını almaq məqsədi ilə, Daxili İşlər Nazirliyi ciddi addımlar qoyur, ancaq baş nazirin dediyinə görə, bu məsələ ilə bağlı, istənilən nəticəyə hələ nail olunmur.

“Ölkədə bir həftə keçmir ki, özünü kişi adlandıran məxluq sabiq və ya hazırki həyat yoldaşını öldürməsin. Kriminalla mübarizəmizin əsas hissələrindən biri də budur. Düşünürəm ki, bu mental bir problemdir. Şəxsən mən qadına qarşı zorakılığa görə, ən qorxunc cəzanın verilməsinin tərəfdarıyam. Bu məsələ ilə bağlı qanunvericiliyi dahada sərtləşdirməliyik ki, bu faciəvi hadisələrə son qoyulsun” – dedi Giorgi Kvirikaşvili.

Mənbə: 1tv.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register