Qaçağandan fərqli olaraq Algetidə merlə görüşdə qadınlar da iştirak ediblər

02011 zoma

Marneuli meri Temur Abazov Algetidə 2 km və 748 metr məsafədə reabilitasiya olunmuş daxili yolu nəzərdən keçirib. Onunla birgə Algetiyə onun müavinləri və Sakrebulo sədri Amiran Qiorqadze də gedib.

Əlbəttə ki, onun səfər tədbirləri haqqında “Marneuli” Radiosuna merianın ictimaiyyətlə əlaqələr şöbəsi heç nə bildirməyib. Ancaq, merianın bir ildən çoxdur bərpa altında olan veb-səhifəsində 22 dekabrda yerləşdirilmiş foto materialdan görünür ki, reabilitasiya olunmuş, ümumi büdcəsi 342 399 lari olan, daxili yolların nəzərdən keçirilməsi tədbirində qadınlar da iştirak edib.

Mer Temur Abazovun yerli televiziyaya müsahibə verməsi zaman foto kadrın fonunda Algetli qadınların görsənməsi nəzərdən qaçmır.

0258

Qeyd olunmalıdır ki, Algetidə daxili yolları nəzərdən keçirmək üçün meria xidmətinin fotoqrafı, Qaçağanda su reabilitasiyası işlərini nəzərdən keçirmə üçün ilk iş günündə meri kəndin kişiləri qarşlıayandan sonra,  aksenti iştirakçılarda gender bərabərliyinə diqqət edərək yerinə yetirib.

02011

Qadınlar haradadır sualına mer seksist izahat vermişdi. Gürcüstanın artıq keçmiş Ombudsmanı Uça Nanuaşvili yeni merə məsləhət vermişdi ki, bu növ müsahibələrdən çəkinsin.

Mer Ombudsmanın qiymətləndirməsi ilə razılaşmadı. Xüsusi olaraq keçirilən mətbuat konfransında isə yenə də seksist olaraq qiymətləndirilən deyimi təkrar etdi.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register