Yeni il konserti bələdiyyəyə 20 950 lariyə başa gəlir

batqa butqebi

Yeni il tədbirlərinin keçirilməsi məqsədi ilə, Marneuli Bələdiyyəsi 1 dekabrda tender elan edib. Tenderə təkliflərin qəbulu 9 dekabrda başlayıb və 11 dekabrda başa çatıb. Tenderdə yalnız bir kompaniya, fərdi istehsalçı Elene Elenian iştirak edib. Tender uğurla başa çatıb və Marneulinin yeni il konsertinin təşkili üçün 20 950 lari dəyərində məbləğ ayrılıb. Bu məbləğlə kompaniya konsertlə bağlı bütün texniki işləri yerinə yetirməlidir.

“Marneuli” Radiosu kompaniyanın İvent meneceri, İrakli Kacarava ilə əlaqə saxladı. O, yeni il konsertdində iştirakçıların kimliyi haqqında məlumat verdi.

Qiorqi Suxitaşvili, Aysel Məmmədova, Gvantsa Ramişvili, Levan Koroğlişvili və Liza Tsiklauri, bunlar yeni il konsertdinə Marneuli sakinləri üçün ifa edəcək müğənnilərdir. Tədbirin aparıcısı isə Davit Bekoşvili və Roman Tsintsadze olacaq.

Tender sənədlərinə əsasən tender sonrakı şərtlərdə elan edilib:

• 6 müğənni, 4 qız və 2 oğlan (Minimum 1 müğənni eləcə də teatr aktyoru və televiziya siması olamlıdır), yaşı 18-35 yaşa qədər.
• Repertuar: Yeni il mövzusunda xarici (Əsasən) və gürcü hitləri, hər müğənni ən azı 4-5 mahnı oxumalıdır. Eləcə də konsertin sonunda bütün müğənnilər tərəfindən mahnı ifa edilməlidir.
• Müğənnilərin ən az 5 illik səhnə təcrübəsi olmalıdır, yerli və ya beynəlxalq müsabiqələrin və festivalların iştirakçısı, lauriyyat, yarım finalçısı və ya finalçısı olmalıdırlar.
• Aparıcılar – iki peşəkar, aktyor kişi aparıcı. Yumor verlişlərinin və yumor tədbirlərinin iştirakçısı təcrübəsi olsun. Eləcə də geniş miqyaslı tədbirlərin təşkili və aparıcılıq təcrübələri olsun. Eləcə də ən az bir tematik mahnı ifa etsinlər. Aparıcıların öhdəliyidir ki, şou elementləri ilə yeni il şousunu rəngarəngləşdirsinlər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register