2017-ci ildə Gürcüstanda 618 nəfərin QİÇS-ə yoluxması halı qeydə alınıb

shidsi

QİÇS Mərkəzinin göstəricilərinə görə, rəsmi olaraq bu gün Gürücstanda qeydiyyatdan keçənlərin sayı 6 752 nəfərdir. Bu göstəricilər Gürcüstanda 1989-cu ildən ilk QİÇS infeksiya halı qeydə alındıqdan bu günə qədər qeydiyyata alınanlardır. 2017-ci ildə isə 618 yeni QİÇS-ə yoluxma halı aşkarlanıb. QİÇS Mərkəzinin epidemoloji şöbəsinin həkim və tibb doktoru, Maia Tsintsadzenin sözlərinə görə, QİÇS infeksiyanın Gürcüstanda bugünükü vəziyyətini stabil olaraq qiymətləndirə bilərik.

“Bizdə göstəricilər elə də faciəvi deyil. Rusiya, Baltikyanı ölkələrə baxanda bizdə yaxşıdır. Ancaq mən qeyd etdiyim göstəricilər Gürcüstan üçün artıq heyrətləndiricidir”.

Maia Tsintadze eləcə də qeyd etdi ki, son illər ərzində Gürcüstanda infeksiyanın inkişafı lokal yayılma nəticəsində olur.

“Əvvəldən QİÇS Avropa ölkələrindən, Ukrayna və Rusiyadan gəlirdisə son illərdə daxildə lokal səviyyədə baş verir”.

Kvemo Kartlidə HİV infeksiyaya yoluxmanın 349 halı aşkarlanıb. QİÇS mərkəzinin epidemoloji çöbə həkiminin sözlərinə görə, bu say çox deyil. Amma nəzərə almaq lazımdır ki, 349 hal yalnız rəsmi nəticədir.

“Bu qeydə aldıqlarımızdır. Elə adamlar olub sadəcə şübhəsi olub və yoxlamağa gəlib. Bu xəstəlik simptonlar olmadan baş verir. İmmunitet güclü olanda hiss olunmur. Ona görə də bu yalnız aşkarlananların sayıdır”.

QİÇS mərkəzinin göstəricilərinə əsasən HİV-ə yoluxan adamlar arasında 5 027 kişi, 1700 qadındır və xəstələrin çoxusu 29 yaşdan 40 yaşa qədərdir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register