Marneulilər nazirlər kabinetinin təsdiqlənməsi və Baş Nazirin Nika Melia ilə qarşıdurması haqqında nə düşünürlər
Parlament yenilənmiş hökumətin tərkibini 103 səslə, 17 nəfərin əleyhinə təsdiqləyib. Hökumətin təsdiqləmə prosesi Parlamentdə sonuncu bir neçə gün ərzində gərginlik fonunda gedirdi. 20 dekabrda Komitənin birgə iclasında Baş-Nazir və “VMH”-ın deputatı Nika Melia arasında mübahisə qarşıdurmaya çevrildi. Baş-Nazir Meliaya söyüş söydü. Səs-küy və qarşıdurma Nika Melianın dünən Parlamentdə çıxışına səbəb oldu. Çıxışı zamanı Melia Baş Nazirin ona söydüyü 20 dekabr təşəbbüsündən danışırdı.
Nika Melia çıxışından sonra Baş Nazirin nazirlər kabinetinin üzvləri ilə olduğu yerə getdi. Vəziyyəti qaydasına salmağı Parlamentin sədri mandatorlardan xahiş etdi. Nika Meliaya isə müraciət edildi – ya zalda yerini tutsun və ya iclas zalından çıxsın.
Səs-küy və qarşıdurma 21 dekabrda Parlamentin iclasında bir neçə dəqiqə davam edirdi. Son iki gündür ki, Parlament müzakirələri və qarşıdurmalar gürcü mediasında ən aktual mövzudur. Demək olar ki, Gürcüstanda olan bütün media vasitələr bu məsələni müakirə edirlər və bir çox tok-şoular həsr edirlər.
“Marneuli” Radiosu da maraqlandı ki, Marneuli küçələrində bu məsələ müzakirə olunur ya yox. Marneulilər nazirlər kabinetinin təsdiqlənməsi və Baş-Nazirin Nika Melia ilə qarşıdurması haqqında nə düşünürlər.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments