Tbilisi və Qardabanidə qeydiyyatdan keçməmiş iki müəssisə aşkarlanıb

Gürcüstanın Maliyyə Nazirliyinin

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq xidmətinin məlumatına görə, Tbilisi və Qardabanidə qeydiyyatdan keçməmiş iki müəssisə aşkarlanıb və müəssisələrdə yuyucu vasitələrin tanınmış brendlərini saxtalaşdırırmışlar.

Tbilisi və Qardabani Bələdiyyəsində, əvvəlcədən razılaşmış qrup tərəfindən, müəssisə qurulub və orada ərzaq işarəsindən qanun zidd şəkildə istifadə etməklə, yuyucu vasitələrin – “ABC”, “Persol”, “Kalgon”, “Fairy”, “Pena”, “Quta”, “Domestos” – qeyri-qanuni hazırlanması baş verirmiş, – bildirirlər istintaq xidmətindən.

Müəssisənin məlumatına görə, yuyucu vasitələrin hazırlanması üçün ayrılan böyük miqdarda kimyəvi maddələr, etiketlər, şüşələr, texniki qurğular, eləcə də realizə üçün hazırlanan, başqa ərzaq nişanı ilə qeyri-qanuni olaraq işarələnən 2000 ədədə qədər müxtəlif adlı yuyucu vasitələr çıxarıblar.

İstintaq xidməti bildirir ki, istintaq CM-nin 196-cı maddəsinin 3-cü hissəsi ilə gedir. Maddə ərzaq işarəsindən qeyri-qanuni istifadə edərək böyük miqdarda məhsul istehsal etməyi və azadlıqdan 3-dən 5 ilə qədər cəzanı nəzərəd tutur.

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register