Sadaxlının Dil Tədrisi Mərkəzinin məzunlarına sertifikatlar verilib
Gürcü dili tədris kursunu Sadaxlı və Yor MUğanlıda yaşayan 36 azərbaycanlı vətəndaş bitirib, 23 dekabrda isə Tbilisidə onlara dil biliklərini təsdiqləyən müvafiq sertifikatlar verilib. Sertifikatları Ədliyyyə Tədris Mərkəzi ekskluziv olaraq verəcək.
Milli azlıq nümayəndələrinə gürcü dili sertifikatlarını Ədliyyə Tədris Mərkəzinin direktoru Xatuna Kasradze verib.
Ədliyyə Naziri Tea Tsulukianinin təşəbbüsü ilə, tədris mərkəzi milli azlıqlar üçün ayrılan gürcü dili kurslarını 2015-ci ildən aparır. Tədriisn məqsədi, qeyri-gürcü dilli vətəndaşların inteqrasiyasında, dil maneəsinin azalmasına dəstək olmaq, onların dövlət servislərindən istifadə etmək imkanının yaxşlıaşdırılmasına və inkişaf, işlə təmin olunmaya dəstək göstərməkdir.
Tədbirdə Servislərin İnkişafı Agentliyinin rəhbəri, Sosos Qiorqadze və tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər. Dövlət servislərinin İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, Avropa İttifaqının layihəsi çərçivəsində, tədris Sadaxlı və Yor Muğanlıda olan ictimai mərkəzlərdə gedirdi. 2015-ci ildən dil kursunu 256 iştirakçı sonrakı kəndlərdə keçib: Sadaxlı, Yor MUğanlı, Sarticala, Ğvareldzğali, Kazreti, Qabal və Foka.
Mənbə: Ədliyyə Nazirliyi
Foto Material: Ədliyyə Nazirliyi
marneulifm1106 Posts
0 Comments