Anakliya dərinsulu limanının tikintisinə başlanıldı

anaklia

Anakliyada limanın tikinti işlərinə başlamanın rəsmi tədbiri keçiriib. Tədbirdə, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, hökumət nümayəndələri, “Anakliya İnkişaf Konsorsiumunun” təsisçisi Mamuka Xazaradze və konsorsium menecment iştirak edir.

Yeni İpək yolunun tərkib hissəsini təşkil edən layihə, ekoloji standartlarının müdafiəsi ilə həyata keçiriləcək. Tikintinin başlamasından 2 ildən sonra Anakliyaya ilk gəminin qəbul edilməsini planlaşdırırlar. Tikintinin birinci mərhələsi 2020-ci ilin dekabrında başa çatmalıdır. İlk mərhələdə təxminən 540 milyon dollar xərclənəcək

21-ci əsrin Gürcüstanın ən böyük layihəsi, Gürcüstanın tranzit ölkədən, istehsalın, locistika və sənayənin inkişafı ölkəsinə çevirəcək – Anakliya dərinsulu limanının tikintisi layihəsini Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bu cür dəyərləndirdi.

Hökumət administrasiyasının məlumatına  görə, baş nazir nitqlə çıxış edərkən qeyd etdi ki, bu ölkədə baş verəcək böyük dəyişikliklərin başlanğıcıdır.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili  “Anakliya İnkişaf Konsorsiumuna” bir neçə illik nəhəng işlətin həyata keçirilməsinə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, layihə artıq birləşibdir və burada gürcü şirkətləri ilə birlikdə, “Konte” amerikan mühəndis şirkəti və SSA Marine liman operatoru və sərmayənin dünya nəngi və Özbəkisdtandan sərmayədarlar var. Çin ilə önəmli danışıqlar həyata keçirilir. Baş nazir layihəyə hamının qaşulmasını alqışlayır.

Anakliya limanının tikintisinə başlanılması mərasimində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili nazirlər kabinetinin üzvləri ilə birlikdə iştirak etdi.

Mənbə: 1tv.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register