Protestantlar Marneulidə Milad bayramını qeyd etdilər
25 dekabr tarixində Marneulidə də İsanın doğum günü qeyd olundu. Protestan kilsəsinin 45 nümayəndəsi bugünkü günü kilsədə qarşıladı ( Protestant kilsəsi funksiyasını Marneulidə möminlərdən birinin evi əvəz edir). Sonra isə bayramı evdə davam etdilər. Nik Marneuliyə mübadilə proqramı çərçivəsində gəlmiş tələbələrdən biridir. Onlar azərbaycan dilini və yerli mədəniyyəti öyrənirlər. Nikin dediyinə görə Milad bayramını birgə qeyd edəcəklər və bir-birinə hədiyyə verəcəklər, çünki milad allahın hədiyyəsidir.
“Biz inanırıq ki, Məsih dünyaya gəlib və bizim xilaskarımız olub. Bu gün biz bir-birimizə tarixçələrimizi danışırıq, mahnı oxuyuruq, Allahın uşaq olaraq dünyaya gəldiyi günü xatırlayırıq və qeyd edirik. Biz sadəcə bibliyadan tarixçələr danışırıq, bərabər kilsəyə gedirik. Müxtəlif yeməklər hazırlayırıq, xüsusilə də son bir neçə gün ərzində. Öz cəmiyyətimizdən, öz yoldaşlığımızdan həzz alırıq. Bəzən isə müxtəlif səhnəciklər qururuq və Məsihin anadan olmasını səhnələşdiririk”.
Nik və onun dostları artıq üç aydır ki, Marneulidə yaşayırlar. Bu il onlar miladı qeyri-adı mühitdə qeyd etməli olublar. Ailələrindən uzaqda olsalarda, onların sözlərinə görə, özlərini rahat və ailə üzvlərinin ətrafındakı kimi hiss edirlər.
Gürcüstanda İsanın doğum günü 25 dekabrda katolik və protestantlar tərəfindən qeyd olunur. Ancaq bu gün dövlət tərəfindən bayram kimi elan olunmayıb.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments