2006-cı ilə qədər verilən sürücülük vəsiqələrinin müddəti uzadılıb

prava

2006-cı ilin 1 aprelinə qədər verilmiş sürücülük vəsiqələrinin dəyişdirilmə müddəti 2018-ci ilin 1 aprelinə qədər uzadılıb – bu haqda ikinci dinləmə mərhələsində olan qanunvericilik paketinə dəyişiklik deputat Davit Matikaşvilinin təşəbbüsü ilə daxil edilib.

Köhnə nəşriyyat qüvvədə qalsa idi, elə çıxırdı ki, 2006-cı ilin 1 aprelinə qədər Gürcüstanda verilmiş sürücülük vəsiqələrinin hüquqi qüvvəsi bir neçə gündə, 2018-ci ilin 1 yanvarından bitəcəkdi. Matikaşvilinin sözlrinə görə, sürücülük vəsiqəsini dəyişmək üçün bu müddət yetərli olmayıb.

” Əgər bu nəşriyyatla həmin maddə qalacaqsa məlum olacaq ki, 2018-ci ilin bir yanvarında olduqca çox, minlərlər bizim vətəndaşın, faktiki olaraq 2006-cı ilə qədər verilmiş sürücülük vəsiqəsi ilə hərəkət etmək imkanı olmayacaq.

Təklif edirəm, 62-ci maddənin üçüncü hissəsində “2018-ci ilin 1 yanvarına qədər” sözünü dəyişək və “2018-ci ilin 1 aprelinə qədər” qeyd edək, yəni müvafiq orqanlara əlavə müddət verilsin ki, sürücülük vəsiqəsini bizim vətəndaşlar üçün dəyişsinlər. Bu bütün müvafiq müddətlərə yerləşsin və gələcəkdə problemlər yaranmasın” – deyə Davit Matikaşvili bildirir. Sürücülük vəsiqəsini dəyişmək DİN-in xidmət agentliyinin hər hansı filialında mümkündür.

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register