Marneuli bazarında yeni il qabağı qiymət artımı

marneulis bazari

Yeni ilin gəlişinə az müddət qalıb, Marneuli sakinlər artıq bayram bazarlığına başlayıblar. Bazarda biri-birini əvəz edən piştaxtalarda hər cür meyvə -tərəvəzlərə rast gəlmək olur.Bazarda ister yerli istərsədə idxal məhsullara rast gəlinirdi. Biz Marneuli radiosu olaraq sakinlər arasında qiymətlərlə bağlı sorğu keçirdik , sorğunun nəticələrini sizlərə təqdim edirik.

Biz Marneuli bazarında qiymətlərlə də maraqlandıq. Yeni il ərəfəsində bazarda vəziyyət necədir? Qiymətlərdə artım varmı? Bir neçə satıcı ilə söhbət etdik. Onlar ötən ilə nisbətən bu il qiymətlərdə artım olduğunu dedilər. Bazardakı qiymətləri sizə təqdim edirik.

Ət və süd məhsullarının 1 kiloqramının qiymətləri ilə sizləri tanış edirik. Sümüklü dana ətinin qiyməti 13 lari, sümüksüz dana ətinin qiyməti 15 lari, qiymənin qiyməti 13 lari, quzu ətinin qiyməti 13 lari, toyuq ətinin qiyməti kiloqramla 6 lari, 1 ədədinin qiyməti isə 10-13 lari arası dəyişir və pendirin 1 kiloqramının qiyməti isə 8-13 lari arasındadır.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register