Vergilər Xidmətinin 3 əməkdaşına qarşı cinayət məcəlləsinə dair araşdırma başlayıb

Gürcüstanın Maliyyə Nazirliyinin

Gürücstanın maliyyə nazirliyinin istintaq xidmətinin məlumatına görə, vergilər xidmətinin üç əməkdaşı gəlir əldə etmək üçün inzibati qayda pozuntusu edənlərə 10 000 lari dəyərində cəriməni yazmayıblar.

“İttiham olunanlar, xidməti öhdəliklərinin yerinə yetirilməsi zamanı, istehsal işi üçün ayrılmış malın fakturası olmadan transportlaşdırılması faktı yerinə yetiriblər və qanuna əsasən, isethsalçıya qarşı inzibati cərimə olaraq 10 000 lari yazılmalı idi. Bunun əvəzinə ittiham olunanlar xidməti səlahiyyətlərindən sui-istifadə ediblər və istehsalçı subyektlər üçün gəlir əldə etmək məqsədi ilə fakta qanuni reaksiya göstərməyiblər. Qeyd olunan hərəkətlə isə, dövlət büdcəsinə ziyan dəyib”, – bildirir istintaq xidməti.

Onların məlumatına görə, istintaq CM-nin 332-ci maddəsinin birinci hissəsi ilə gedir. Maddə xidməti öhdəlikdən sui-istifadə və cəza olaraq 3 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register