Dövlət Təhlükəsizliyi Departamenti Pankisi dərəsində keçirdiyi xüsusi əməliyyat zamanı üç nəfəri həbs etdi

Dövlət Təhlükəsizliyi Departamenti

Dövlət Təhlükəsizliyi Departamenti Pankisi Dərəsinin kəndlərində, Omalo və Duisidə xüsusi əməliyyat keçirdi.

Birinci Kanalın müxbirinin hadisə yerindən verdiyi məlumara görə, səhərə yaxın başlayan xüsusi əməliyyat artıq başa çatıb və nəticədə üç nəfər həbs edilib.

Omalo və Duisidə yaşayış evlərində axtarış keçirilirdi. Omaloda Bado Çopikaşvili adlı şəxsin evindən çox sayda silah tapıldı. Məlumata görə, Çopikaşvili Ahmed Çataevin adamlarına yardım etməkdə ittiham edilir.

Duisi kəndində isə, Vaxo Maçalikaşvilinin evinidə axtarış keçirildi və Maçalikaşvili qardaşları həbs edildilər.

Pankisidə keçirilən xüsusi əməliyyatın bu yaxınlarda Tbilisidə, Qabriel Salosi küçəsində keçirilən xüsusi əməliyytla bağlantısı olduğu ehtimal olunur.

Mənbə: 1tv.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register