Ermənistan vətəndaşları yeni il üçün məhsul almağa Marneuliyə gəlirlər
Marneuli bazarında hər zaman olduğu kimi sıxlıq müşahidə olunur. Əhali yeni ili qarşılamağa hazırlaşır və səhər tezdən bazara çıxıblar. Yerli sakinlərlə bərabər çox sayda Ermənistan vətəndaşı da gözə dəyir. Bazar ərazisində tez-tez Ermənistan dövlət nömrə nişanı olan maşınlara rast gəlmək olar. Onlar əsasən qiymət fərqinə və sərhəddə yaxın ərazilərdə yaşadıqlarına görə məhsul almağa Marneuliyə gəlirlər.
Satıcıların dediyinə görə, Ermənistan vətəndaşları əsasən banan, portağal, nar və xurma qurusu alırlar.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments