Bazarın palçıqlı hissəsində alverçilər daha az pul ödəyirlər
Marneulidə yağmurlu hava olanda bazar küçələrində hərəkət etmək olmur. Bir tərəfdə yığılmış palçıq, zibillik bir tərəfdə gölməçələr. Bu problemlər bazarda insanların hərəkət etməsinə mane olur və yağışlı havada müşahidə etmək olur. Yeni ilin gəlişi görə Marneuli sakinləri artıq bayram bazarlığına başlayıblar.
Hətta xarici ölkə vətəndaşlarını Azərbaycan və Ermənistan sakinlərini də burada görmək olur. Bu da bazarda əhalinin sıxlığına gətirib çıxarır. Kimi bazara gələrək bayram sovqatı alır, kimi yol boyu düzülən küçə ticarəti ilə məşğul olur. Bazar ərazisində tikilən topdan satış obyektində isə satıcılırdan başqa müştərilər görünmür.
Biz satıcılarla görüşdük. Onlar bizə bildirdilər ki, yeni tikilən bazara əhali gəlmir, küçə ticarəti ilə məşğul olanlar müştərilərin ora gəlməsinə mane olurlar.
Yol boyu uzan piştaxtalarda isə avtomobillərin hərəkətinə maneçilik yaradırlar. Biz də maraqlandıq ki, küçə ticarəti ilə məşğul olan sakinlər nəyə görə küçədə satırlar, nəyə görə bazarda satmırlar. Onlar isə bizə bildirdilər ki, bazar ərazsində yer yoxdur və baha olduğunu deyirlər.
Biz iki ay bundan öncə Marneuli bazarında yağmurlu havada bazarda hansı vəziyyətin olduğu haqqında xəbər vermişdik və biz o zaman topdan satış bazarının direktoru Elquca Xarşiladze ilə əlaqə saxlamışdıq. O, bizə məlumat vermişdir ki, bazar ərazisinin təmir olunması üçün bazarda çalışan sakinlər onlara mane olur.
Yeni tikilən bazara köçərək çalışmaq istəmirlər. Biz yenidən bazar rəhbərliyi ilə əlaqə saxlamağa cəhd göstərdik. Ancaq biz onunla əlaqə saxlaya bilmədik. Məsələyə yenidən qayıdacıq.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments