Marneuli bələdiyyə məclisi büdcənin ictimai müzakirəsini keçirmədi

biujeti

Yerli bələdiyyə məclisi 2018-ci ilin yerli özünüidarənin büdcəsini ictimai şəkildə müzakirə etməyib.

Yerli özünüidarənin qəbul etdiyi büdcə ən az bir il müddətində sakinlərin taleyini müəyyən edir. Bu sənəddə prioritet məsələlər üçün xərclər və problemlərin həlli  məqsədilə müəyyən olunmuş məbləğ qeyd olunur. Yerli Özünüidarə Məcəlləsinə əsasən büdcənin qəbul olunmasında yerli sakinlər də iştirak edirlər. Belə ki, bələdiyyə məclisi və meriya tərəfindən büdcə layihəsinin ictimai şəkildə müzakirəsi zamanı mülki sektorun nümayəndələri də büdcənin formalaşdırılması ilə bağlı öz fikirlərini bildirə bilərlər. Qanuna əsasən bu 25 noyabrdan10 dekabr tarixinədək baş verməli idi. Bu gün isə dekabrın 26-dır. Ancaq büdcə bu günədək müzakirə olunmayıb.

Bələdiyyə məclisi aparatının rəhbəri Nino Beridzenin onlar tərəfindən saytda dərc olunmuş məlumatı ictimai müzakirə hesab edir. Ancaq bələdiyyəyə nəzdində yaradılmış müxtəlif təşkilatlara aid həmin məlumatları çılpaq gözlə oxumaq çox çətindir.

 

2

 

Nino Beridze – İctimai müzakirə ictimai şəkildə dərc olunma deməkdir. Qanuna baxın, ictimai müzakirə, büdcənin ictimai şəkildə dərc olunması deməkdir. Dərc etmişik, büdcə elektron şəkildə dərc olunub. İctimai müzakirə prosesi keçilib.

Nana Sisvadze –  Rəsmi veb-səhifədə yayımlanıb yayımlanmamasından asılı olmayaraq, fiziki şəkildə ictimai müzakirə olmalıdır, yəni vətəndaşlar, mülki şəxslər, mətbuat, QHT-lər dəvət olunmalıdır.

Nino Beridze – Mülki məsləhətçilər şurası, əlbəttə, büdcəni elə qəbul edə bilməzdik. Nino Dekanoidzeyə müraciət edə bilərsiniz. Bizə, bələdiyyə məclisinə orada tamamlanmış büdcə daxil olur.

Nana Sisvadze – İctimaiyyətin iştirakı ilə ictimai müzakirə təşkil etmək bələdiyyə məclisinin səlahiyyətindədir.

Nino Beridze – İctimaiyyət, məsləhətçilər şurası? Mülki məsləhətçilər şurası yaradılıb.

Meriyadan büdcə ilə bağlı məlumatlar almağa çalışdıq. Marneuli Meri Temur Abazov Prioritetlər haqqında danışdı. Və qeyd etdi ki yollar, küçələrin işıqlandırılması və içməli su büdcədə prioritet məslələr olaraq qalır. Ancaq vətəndaşların da iştirak etməli olduğu ictimai müzakirələr haqqında konkret cavab ala bilmədik.

Temur Abazov – İctimai müzakirələrlə bağlı heç nə deyə bilmərəm. Çünki hələ davam edir, çalışırıq ki, elə edək ki, dəqiq olsun və bütün tərəflərin razılığı olsun.

Nana Sisvadze – Yəni layihə hələ tamamlanmayıb?

Temur Abazov – Bəli, bəli.

Nana Sisvadze – Bildiyimizə görə, büdcə cümə axşamı günü bələdiyyə məclisinin son iclasında qəbul olunmalıdır. Büdcənin ictimai müzakirəsi nə zaman olacaq.

Temur Abazov – Proses davam edir.

Nana Sisvadze – Yəni cümmə axşamınadək ictimai müzakirə baş tutacaq?

Temur Abazov – Əgər bir dəyişiklik olmasa, bəli.

Hüquqşünazlar Nino Beridzenin fikri ilə razılaşmırlar. “Beynəlxalq Şəffaflıq Gürcüstan” təşkilatının Zuqdidi koordinatoru Arçil Todua qeyd edir ki, ictimai müzakirələr üçün həmçinin müriya tərəfindən düzəlişlər üçün büdcənin bələdiyyə məclisinə təqdim olunması üçün müəyyən olunmuş vaxt başa çatıb.

“Bələdiyyə meriyası büdcəni 15 noyabrdan gec olmayaraq müzakirə üçün bələdiyyə məclisinə təqdim etməlidir. Büdcə layihəsini qəbul etdikdən sonra beş gün ərzində bələdiyyə məclisi ictimai müzakirə məqsədilə bu layihəni dərc yayımlayır. Bundan sonra ictimai müzakirələri təşkil edir və 25 noyabrda büdcə layihəsini qeydlərlə birgə meriyaya qaytarır. Bu tarixdən ən gec 10 dekabra qədər meriya layihəninin düzəliş edilmiş variantını bələdiyyə məclisinə göndərməlidir. Bundan sonra bələdiyyə məclisi ictimai müzakirə təşkil edir və əgər dəyişikliklər ediləcəksə, merlə razılaşdırılmış şəkildə edilir. Bələdiyyə məclisi özü dəyişiklik edə bilməz. Lakin ictimai müzakirələr qanunla bələdiyyə məclisinə həvalə olunub. Bələdiyyə məclisi layihəni qəbul etdikdən 5 gün ərzində ictimai müzakirə məqsədilə yayımlamalıdır və ictimai müzakirələri təşkil etməlidir”.

Yerli Özünüidarə Məcəlləsinin müəlliflərindən biri Kote Kandelakinin dediyinə görə, büdcənin ictimai müzakirəsində mülki vətəndaşlar da iştirak etməlidirlər. O, ictimai müzakirənin rəsmiyyət xatirinə keçirilməsi məsələsini də vurğulayır.

“Bütün hallarda ictimai müzakirə baş tutmalıdır, lakin bu müzakirələr əsasən rəsmiyyət xatirinə keçirilir. Heç kəs iştirak etmir və sair. Müzakirə təşkil olunmalıdır və orada jurnalistlər, QHT-lər iştirak etməlidirlər. Bu ictimai müzakirələrin keçirilməsində bələdiyyə məclisi fəallıq göstərməlidir. Bələdiyyədə bütün fəaliyyətlər büdcə əsasında həyata keçirilir. Buna formal yanaşırlarsa, il ərzində digər məsələlərə də formal yanaşacaqlar”.

28 dekabr cümə günü Marneuli bələdiyyə məclisi güman ki, formalaşdırılmasında Marneuli sakinlərinin iştirak etmədiyi büdcəni təsdiqləyəcək.

 

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register