Ahmed Çataev Gürcüstana Kirnati-Maradi-Aradidi sərhəd keçidindən daxil olub
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, noyabrın 21-22-də xüsusi əməliyyat zamanı likvidasiya edilən şəxslər Gürcüstana Türkiyədən, Kirnati-Maradi sərhəd keçidindən daxil olublar.
Kirnati-Maradi sərhəd keçidi Acara muxtar respublikasına aiddir. Hər iki kənd – Kirnati və Maradi Xelvaçauri munisipalitetinindir və onları Çoroxi çayı bölür.
Gürcüstan sərhədinin idarə strategiyasına görə, “yaşıl sərhəd” termini sərhəd-keçid məntəqələri arasında dövlət torpaq sərhədinin qeyd edilməsi üçün istifadə edilir. Həmin strategiyaya əsasən, sərhəd yoxlanışını keçmədən ölkəyə daxil olma cəhdlərinin aradan qaldırılması üçün, yaşıl hissədə də sərhəd yoxlanışı keçirilməlidir.
Dövlət Təhlükəsizliyi Xidmətinin, məlumatına görə, Ahmed Çataevin məqsədi Gürcüstan və Türkiyədə diplomatik missiyalara hücum olub.
Mənbə: 1tv.ge
Amil Məmmədov2286 Posts
0 Comments