Tbilisidə Gürcüstan və Azərbaycanın diplomatik əlaqələrinin 25 illiyi qeyd olundu

Azərbaycan Gürcüstan

Gürcüstan və Azərbaycan arasında diplomatik əlaqələrin 25 illiyi təntənəli şəkildə qeyd olundu.

Yubileyin tarixi ilə əlaqədar, Şota Rustaveli adına Dövlət Teatrında, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə konsert keçirildi. Burada Gəncə Dovlət Filarmoniyasının kamera truppası konsert şəklində çıxış etdi.

Konsert başlayana qədər tamaşaçılar qarşısında Gürcüstan Xarici İşlər naziri, Mixel Canelidze nitqlə çıxış edərək, iki ölkə arasında tarixi dostluq və yaxşı qonşuluq barəsində söhbət etdi.

“Biz yalnız tək yaxşı qonşuluq əlaqələri deyil, həmdə strateji partnyorluq yaratdıq. Biz artıq hər bir mümkün sahədə əməkdaşlığımızı dərinləşdirdik. Bölgədə önəmli layihələrinə başlamışıq. Bu gün hər iki dövlət arasında qarşılıqlı inam mövcudur” – deyə Xarici İşlər naziri bəyan etdi.

İştirakçılara Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovda müraciət etdi. O, qeyd etdi ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Səfir iki ölkə arasında iqtisadi, energetika və nəqliyyat istiqamətləri ilə əlaqələrdən danışdı.

“Bilirsiniz ki, 25 il ərzində bizim əlaqələrimiz hər il yaxşılaşır. Öz vaxtında bunun əsasını, ümummilli lider, Heydər Əliyev qoymuşdur. Gürcüstan və Azərbaycan qardaş millətlərdir. Biz hər sahədə yüksək səviyyədə əməkdaşlıq edirik. Bu əlaqələri gələcəkdə də davam etdirəcəyik” – deyə səfir qeyd etdi.

Mənbə: 1tv.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register