Mikro və kiçik biznes nümayəndələri üçün təlim keçirildi
“Gürcüstanda istehsal et ” mikro və kiçik biznesə dəstək layihəsi çərçivəsində, bu gün 27 dekabrda Marneuli Mülki Məşğulluq Mərkəzində təlim keçirildi. Təlimin mövzusu ərzaq təhlükəsizliyi, süd və süd məhsulları haqqında idi. Təlimdə Kvemo Kartlidə çalışan fermerlər iştirak edirdilər. “Gürcüstanda istehsal et” mikro və kiçik biznesə dəstək proqramının koordinatoru, Laşa Babunaşvili təlimin mövzusu haqqında danışdı.
“Təlimçi istehsala aid olanları izah edir. Süd məhsuları istehsalından və standartlardan danışır. Bu Gürcüstan qanunvericiliyi və digər qanunlarla nəzərdə tutulan qaydalardır ki bütün fermerlər bilməlidir”.
Babunaşvili qeyd etdi ki, təlim mikro və kiçik biznes nümayəndələri üçün planlaşdırılıb. Qeyd olunan təlim mövzu əsasında olacaq və mexanizasiyalara toxunacaq.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments