Marneulidə elektrik enerjisinin qiyməti bahalaşmayıb

deni

Marneuli Bələdiyyəsində elektrik enerjisinin qiyməti bahalaşmayıb. Bələdiyyəni elektrik enerjisi ilə “Energo Pro Georgia” kompaniyası təmin edir. Kompaniyadan bildirirlər ki, onların xidmət dəyəri bahalaşmayıb.

101 kilovat saata qədər istifadə olunan elektrik enerjisinin məişət qiyməti 12,95 tetrdir, 101-dən 301 kilovat saatdan yuxarı isə elektrik enerjisinin istifadə qiyməti 21,45 tetridir.

Elektrik enerjisinin qiyməti Tbilisidə bahalaşıb. “Semekin” qərarına görə Telas abonentləri üçün 2018-ci ilin 1 yanvarından məişət və eləcə də kommersial tarif 1,5 tetri artacaq. Müvafiq qərarın layihəsinə “Semekin” bu günkü iclasında səs veriblər.

Telasın 101 kilovat saat daxil olmaqla elektrik enerjisi istifadə edən istifadəçiləri üçün əlavə vergilər də daxil olmaqla 12, 980 tetridən 14,5435 tetriyə qədər tarif bahalaşıb. 101-dən 301 kilovat da daxil olmaqla elektrik enerjisi istifadə edən Abonentlər üçün – 16,992 tetridən vergi 18,555 tetriyə qədər bahalaşır; Ancaq 301 kilovat saatdan yuxarı elektri enerjisi istifadə edənlər üçün – 21,476 tetridən 23,039 tetriyə qədər bahalaşır.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register