Meriyanın yardım etdiyi ailələrin sayı artmayıb

daxmareba

Yeni ilə bir neçə gün qalıb. Marneulinin Sosial Xidməti az təminatlı ailələrə bu il də kömək edəcək. 300 ailəyə ərzaq vermək üçün 17 min laridən çox məbləğ sərf olunub. Marneuli meriyası və bələdiyyə məclisinin nümayəndələri yerlilərə ərzaqları yeni il ərəfəsində verəcəklər. 2016-cı illə müqayisədə 2017-ci ildə də eyni sayda yerlilərə köməklik göstərilib. Davit Areşidze, sosial xidmətin nümayəndəsidir və bizimlə ərzaq siyahısı haqqında danışır.

“Aztəminatlılara qida yardımı edirik. Buna 12 növ məhsul daxildir. Qatılaşdırılmış süd, qənd, qarabaşaq, düyü, çay, maye yağ, şokolad, təbii meyvə şirəsi, kərə yağ, yerfındığı, kişmiş və un. Məbləğ eynidir, əhalinin sayı da eynidir”.

Yeni il üçün az təminatlı yardım etmək üçün bələdiyyə məclisi deputatları və meriya nümayəndələri maaş fondundan 47 min lari dəyərində məbləğə qənaət ediblər. İctimai məmurlar maaş əlavəsindən imtina ediblər. Məbləğin nəyə sərf olunacağı haqqında bələdiyyə məclisi aparatının rəhbəri Nino Beridze məlumat verdi.

“Səhv etmimrəmsə, sosial yardım bəndinə təxminən 60 min əlavə olunub. Bildiyiniz kimi, ilin sonudur, bələdiyyənin öhdəliyi var, aztəminatlılara yardım edirlər. Qida yardım proqramı, yeni il ərəfəsində olan proqramlar və s. Bundan əlavə əvvəlcədən götürdüyü öhdəliklər var idi ki, sosial bənddə vəsait qalmadığına görə maliyyələşməmişdi. Bu hesablandı və müvafiq olaraq artırıldı”.

Marneulidə minimum əmək haqqını cəmi 3 min adam alır, sosial yardım paketi alanların sayı isə 8 mindən çoxdur.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register