Bazar ərazisinə zibil qutularının yerləşdirilməsi planlaşdırılır

zibil

Yenə Marneuli bazarı, yenə zibil problemi. Marneuli bazarı bağlanmır və fəaliyyətinə fasilə vermir. Alıcılar və satıcıların əksəriyyəti kəndlərdən elə ilk ictimai nəqliyyatla gəlirlər. Çalışırlar ki məhsullarını tez satsınlar və geri qayıtmaq üçün avtobusa yetişsinlər.

Günortadan sonra bazar demək olar ki, boşalır, taksi və satıcıların maşınlarının əlindən tərpənmək olmur. Zibil təpəcikləri və dolub daşmış zibil qutularını asanlıqla görmək olar. Buna pis havalarda bazar yollarının palçıqlı olması da əlavə olunur. Yayda isə üfunət iyi bürüyür.

Bazarda satıcılar deyir ki, zibil qutularının əlavə olunmasına ehtiyac var, lakin müvafiq orqanlar hesab edirlər ki, bazar ərazisinə zibil qutularının qoyulması mürəkkəb işdir.

Satıcılardan biri deyir ki, seçkilərdən əvvəl zibil qutuları ilə bağlı namizədlərə müraciət edib. Lakin konkret cavab almayıb.

“Təmiz Marneuli” Qeyri-kommersiya təşkilatının direktoru Leri Mumladze də təsdiqləyir ki, bu mərhələrdə zibil qutuları kifayət deyil.

Leri Mumladze – Orada bir neçə ədəd durur, lakin kifayət deyil.

Tiko Davadze – Yeni büdcə layihəsində bütün bunlar yazılıb?

Leri Mumladze – Bəli, bəli. On ədəd əlavə olunmalıdır.

Leri Mumladzenin dediyinə görə, yaxın gələcəkdə Ağmaşenebeli küçəsinin başlanğıcından Algeti çayı üzərindəki körpüyədək zibil qutuları qoyulacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register