Marneulidə pirotexniki vasitələrin keyfiyyəti yoxlanılmır

pirotexnika

Yeni il yaxınlaşır. Marneulidə yəqin ki, son həftələr ərzində partlayış səslərini hər kəs eşidir. Pirotexniki vasitələri xüsusilə gənclər alır və bununla əylənirlər. Bir tərəfdən Yeni il qabağı satılan bu partlayıcılar təhlükəlidir. Çünki, bəzi insanlar onlardan istifadə qaydasını bilmir, xüsusilə də uşaqlar. Yeni il partlayıcılarından istifadəyə görə dəfələrlə xoşagəlməz hadisələr baş verib. Marneulili gənc Qiorqi deyir ki, partlayıcılar nəticəsində xoşagəlməz hadisələrlə bağlı müxtəlif mətbuat vasitələrindən eşidib, lakin özü istifadə qaydalarını yaxşı bilir.

Çalışıram istifadə etməyim. Fişəngləri əldə tutmaq olmaz, uzaq məsafəyə qoymalıyıq, yaxına getməməliyik, çünki xəsarət yetirə bilər. Dəfələrlə televizorda eşitmişəm ki, uşağın əlində partlayıb.

Geo Hospitalsın Marneuli şöbəsinin cərrahları bildirirlər ki, bu il xəsarətlərə görə onlara heç kəs müraciət etməyib, lakin keçən illərdə yeni il partlayıcılarının yetirdiyi xəsarətlərə görə olunan müraciətləri qeyd edirlər.

Üz nahiyəsində xəsarət olur, bəzən xəsarətlər çox ciddi və həyat üçün təhlükəli olur. Buna görə də uşaq və gənclərə qadağan edilməlidir, xüsusilə də məktəb yaşlı uşaqlara. Bizə əsasən əl və üz nahiyəsində xəsarətlərlə müraciətlər olur.

Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin proqram koordinatoru Vaxtanq Kobaladze deyir ki, Gürcüstanda pirotexniki vasitələrin keyfiyyətinə nəzarət edilmir və yaş məhdudiyyəti də qoyulmayıb.

Yanğın təhlükəsizliyi baxımından harada satıla biləcəyi ilə bağlı tələblər müəyyən olunub, istifadə qaydaları yazılmalıdır. Necə saxlanmalıdır, necə daşınmalıdır, bu tipli tələblər var. Lakin məhsulun keyfiyyəti yoxlanılmır. Bu baxımdan normalar müəyyən olunmayıb.

Kobaladzenin dediyinə görə, pirotexniki vasitələrin üzərində gürcü dilində istifadə qaydalarının yazılması məcburidir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register