Gürcüstan Prezidenti yeni il ərəfəsində 187 nəfər məhbusu əfv edib

Zviad Koridze

Prezident yeni il ərəfəsində 187 nəfər məhbusu əfv edib. Onlardan 123 nəfəri cəza müəssisəsini bu gün tərk edəcək.Bu haqda ƏFV Komissiyasının sədri Zviad Koridze bildirib.

Gürcüstan Prezidenti yeni il ərəfəsində 187 nəfər məhbusu əfv edib. Bugünkü mətbuat konfransında ƏFV Komissiyasının sədri Zviad Koridze bildirib ki, əfv etmə aktına əsasən, cəzaçəkmə müəssisəsini bu gün 123 məhbus tərk edəcək, 64 məhbusun isə cəza müddəti azaldılıb.

“Bir neçə dəqiqə öncə Gürcüstan Prezidenti məhbusların əfvinin növbəti aktını imzaladı. Dekabr əfvlərinə əsasən, həbsxanada olan 187 nəfər əfv siyahısına düşüb. Bu 187 nəfərdən 12 nəfəri qadın və 3 nəfəri yetkinlik yaşına çatmamışdır. Bugünkü əfv aktına əsasən, bugün həbsxananı 123 nəfər tərk edəcək. Onlardan 8 nəfəri qadın və 1 nəfəri yetkinlik yaşına çatmamış şəxsdir. 64 nəfər isə müddətli məhbuslardır, onlar həmişəlik azadlıqdan məhrum edilən şəxslər idi. İndi isə cəza müddəti azaldılıb. Bu qərarı Prezident ƏFV Komissiyasının rekomendasiyaları əsasında verib. Komissiya 14-24 dekabr müddətində çalışıb və cəmi 1182 məhbusun işini müzakirə edib”, – bildirir Koridze.

Mənbə: on.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register