Pankisi dərəsində keçirilən xüsusi əməliyyat zamanı 19 yaşlı gənc ağır yaralanıb

Dövlət Təhlükəsizliyi Xidməti

Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan xüsusi əməliyyat zamanı Pankisi dərəsində 19 yaşlı Temirlan Maçalikaşvili yaralanıb. Həkimlərin dediyinə görə əməliyyat zamanı yaralanan 19 yaşlı gəncin vəziyyəti ağırdır.

Xəstə hazırda Telavinin Referal xəstəxanasında reanimasiya bölməsindədir. Həkimlərin sözlərinə görə xəstənin üzərində ağır əməliyyat keçirilmişdir və onun sağlamlığı haqqında dəqiq məlumat verməkdə çətinlik çəkirlər.

“Xəstə başından vurulub, vəziyyəti çox ağırdır. Bu mərhələdə hər hansı məlumat vermək qeyri-mümkündür” – deyə həkim Xatuna Çoniaşvili bildirdi.

Dövlət Təhlükəsizliyi Xidməti, Duisi kəndinin sakini Temirlan Maçalikaşvilini teroristlərə yardım etməklə ittiham edir.

Gürcüstan prokurorluğu isə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Pankisi dərəsində ötən gün keçirilən xüsusi əməliyyat zamanı, 19 yaşlı Temirlan Maçalikaşvilinin yaralanması faktı ilə bağlı istintaq aparmağa başlayıb.

Bu barədə məlumatı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Natia Suxiaşvili verdi.

Onun dediyinə görə, istintaq cinayət məcəlləsinin 333-cü maddəsinin “b” altbəndinə müvafiq olaraq aparılacaq. Hansı ki, cinayət qrupları ilə mübarizə zamanı, xüsusi təyinatlılar tərəfindən iş səlahiyyətlərindən sui-istifadəni nəzərdə tutur.

Xatırladaq ki, 26 dekabr tarixində Pankisi dərəsində keçirilən xüsusi əməliyyat nəticəsində beş nəfər həbs edilib. Polisin dediyinə görə, Temirlan Maçalikaşvili xüsusi əməliyyat zamanı polisə müqavimət göstərərkən vurulub.

Mənbə: 1tv.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register