Məktəb direktoru olmaq istəyənlər üçün gürcü dilini bilmək məcburi olacaq

gigauri

Elm və Təhsil nazirinin müavini Lia Qiqaurinin bəyəntaına görə, 2018-ci ildə direktorların seçim müsabiqəsi, indiyə qədər direktor seçilməmiş məktəblərdə elan olunacaq. Yeni qaydaya əsasən,  elan olunmuş müsabiqədə isə gürcü dilini bilmək məcburi şərt olacaq. Gürcü dilini etnik azlıqların yaşadığı regionlarda da mütləq bilməlidirlər. Nazir müavinin məlumatına görə, məsələn, Kvemi kartli regionunda 9 məktəb direktorsuz qalıb, orada direktorların seçilməsi ilk məqsəd olacaq.

Nazir müavininin EDU.ARIS.GE-yə verdiyi məlumata görə, 2018-ci ildə sertifikatlaşdırma və eləcə də direktoru olmayan məktəblər üçün direktorların seçim müsabiqəsinin elan olunması planlaşdırılır.

“Müəyyən məktəblərdə direktorları seçməmişik. Müsabiqə elan olunanda hamı gürcü dilini bilməlidir və həmçinin etnik azlıqların məskunlaşdığı regionlar da. Mərhələli şəkildə, Təhsil Nazirliyi direktorların sertifikatlaşdırılması müsabiqəsini də elan edir. Müsabiqə iki hissədən ibarətdir: Test imatahanı və söhbətləşmə. Bunun nəticəsində şəxs müvafiq təsdiqləyici sənəd qazanır. Bundan sonra, nazirlik müsabiqə elan edəndə, yalnız həmin sertifikatı olan şəxs iştirak edə bilər. Yeni qaydaya əsasən, elan edilmiş müsabiqədə iştirak edən şəxslər üçün gürcü dilini bilmək, bir daha deyirəm, vacib olacaq”, – bildirir Qiqauri və qeyd edib ki, müsabiqənin elan edilməsinin dəqiq tarixləri Təhsil Nazirliyinin sərəncamı ilə tənzimlənir.

Mənbə: edu.aris.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register