Təkəli və Sabirkənd kəndinin məktəbinin şagirdləri bir-biri ilə biliklərini paylaşdılar

PREZENTACIA

Marneuli Bələdiyyəsinin Sabirkənd kəndinin N1 saylı ictimai məktəbinin və Təkəli ictimai məktəbinin şagirdləri öz əl işlərinin təqdimatını keçirdilər. Demək olar ki, Təkəli məktəbinin 10-cu sinif şagirdləri planetlərin ətrafına bizi səyahətə apardılar.

Onlar dörd qrupa bölünmüşdülər – Venera, Yupiter, Saturn və Marsa. İştirakçılara isə planetlər haqqında tapdıqları maraqlı məlumatları təqdim etdilər. Onların gürcü dili müəlliməsi Nana Çumtişvilinin dediyinə görə, uşaqlar məktəb proqramında kosmos mövzusunu keçirlər. Onlar ümumi mövzuları keçsələr də planetləri dərindən öyrənməyə qərar veriblər. Əl işlərində isə reallığa fantaziyalarını da əlavə ediblər.

“Çox geniş bilik əldə ediblər və gürcü dilində gözəl danışırlar. Mənim xoşuma gəldi ki, uşaqlar fantaziyalarını da qoşublar. Fantaziya olmasa gələcək planlar oradaca sönür. Uşaqlar çalışırlar ki, yeni nəsə aşkarlasınlar. Onlarda böyük maraq gördüm”.

Marneuli Bələdiyyəsinin Sabirkənd kəndinin N1 saylı ictimai məktəbinin 11-ci sinif şagirdləri əl işlərinin təqdimatını keçirdilər. Onlar işlərində əsasən dəniz heyvanlarını təsvir etmişdilər. İştirakçılara da onlar haqqında məlumat təqdim etdilər. Məktəbin gürcü dili müəlliməsi Salome Qiria təqdimatın əsas məqsədinin iki məktəbin dostlaşması olduğunu bildirdi.

“Bununla şagirdlərə imkan verildi ki, başqa bacarıqlarını da göstərsinlər. Bəzilərinin əl işləri var. Valideynlər də bu prosesə qoşulub və birgə belə deyək bir günlük əyləncəli layihədə iştirak ediblər”.

Bugünkü təqdimatda Marneuli Bələdiyyəsinin Ağməmmədli məktəbinin şagirdləri də iştirak edirdilər. Təkəli kəndinin gürcü dili müəlliməsi öz təşəbbüsünü də bizimlə bölüşdü və bildirdi ki, çox istəyir ki, şagirdlər arasında intellektual görüş keçirsin.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register