Marneulili fermerlər Kartlis Akademiyasının üzvləri oldular

gorus

Marneuli Mülki Məşğulluq Mərkəzində bu gün, “Kartlis” nümayəndələri tərəvəz istehsal edən fermerlərlə görüşdülər. Yekun görüşdə Marneulili fermerlər sertifikat aldılar, bununla onlar Kartlis Akademiyasının üzvləri oldular. İoseb Meparişvili fermerlərə kartlisinin üzvü olmağa necə kömək etdiklərindən söhbət açır.

“Bu üzvlük o deməkdir ki, onların bizim kompaniyada xüsusi şəraitləri olacaq. Bizim peşəkarlar tərəfindən daimi dəstəkləri olacaq. Yeniliklər, texnologiyalar kompaniyamıza ilk nə daxil olsa ilk onlar əldə edəcəklər. Tanış olub öz təsərrüfatlarında da həyata keçirəcəklər”.

Bugünkü görüşdə tərəvəz istehsal edən fermerlərə  Mulçir üsulu ilə bağlı mövzuda təlim keçirildi. Eləcə də onlar müasir suvarma sistemi ilə də tanış oldular. Oxşar növ təlimlər Marneulidə dördüncü dəfədir keçirilir və Gürcüstan miqyasında 500 fermer hazırlanır. İoseb Meprişvilinin dediyinə görə, 2018-ci ildə yeni istiqamətdə fermerlərin hazırlanması planlaşdırılır.

“Bu rayonda 4 qrup yaranacaq ikisi qarğıdalı, ikisi tərəvəz istehsalına baxacaq. Bu istiqamətdə bu fermerlərlə çalışacağıq”.

Marneulidə fermerlərin hazırlanması müxtəlif dilli qruplarda olur ki, onların məlumatlandırılması üçün dil mane edən faktor olmasın.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register