Marneulinin altı məktəbində direktorların seçimi gürcü dili səviyyəsi ilə müəyyənləşəcək
Elm və Təhsil nazirinin müavini Lia Qiqaurinin bəyənatına görə, 2018-ci ildə direktorların seçim müsabiqəsi, indiyə qədər direktor seçilməmiş məktəblərdə elan olunacaq. Yeni qaydaya əsasən, elan olunmuş müsabiqədə isə gürcü dilini bilmək məcburi şərt olacaq. Gürcü dilini etnik azlıqların yaşadığı regionlarda da mütləq bilməlidirlər. Nazir müavinin məlumatına görə, məsələn, Kvemi kartli regionunda 9 məktəb direktorsuz qalıb, orada direktorların seçilməsi ilk məqsəd olacaq.
Marneulinin 6 məktəbində direktor yoxdur. Marneuli Radiosuna Bələdiyyənin Resurs Mərkəzindən bildirblər ki, həmin məktəblərdə direktor vəzifəsini yerinə yetirən çalışırlar. Hansı məktəblərdən söhbət getdiyi isə ictimai deyil. Marneuli Resurs Mərkəzinin bəyənatına baxmayaraq Təhsil Nazirliyindən bildirdilər ki, məktəblərdə direktorların vəzifəsini yerinə yetirənlər haqqında məlumat ictimaidir.
Resurs Mərkəzin rəhbəri Kənan Ömərov gürcü dilini bilməyən direktorlardan da danışmadı.Məktəb direktorları üçün müsabiqə nazirliyin sərəncamı ilə 2018 ci ildə elan olunacaq. Gürcü dilini bilmək isə qeyd etdiyimiz kimi müsabiqədə iştirak edənlər üçün vacib olacaq.
Marneuli Radiosu aydınlaşdırdı ki, Marneulidə hansı məktəblərin direktoru yoxdur. Onlardan biri Kürtlər kəndinin ictimai məktəbidir və orada direktor vəzifəsini Gülxanım Şərəfova yerinə yetirir. Gürcü dilini bilmədiyinə görə biz onunla rus dilində danışdıq.
Gülxanım Şərəfova söhbət zamanı bildirdi ki, o, məktəb direktoru olmağa hazırlaşmır. Direktorların gürcü dilini bilməsi tənzimləməsini isə alqışlayır. Marneuli Bələdiyyəsində Jvanya adına məktəb fəaliyyət göstərir. Məktəbin əsas məqsədi dövlət məmurlarının gürcü dilini öyrənməsidir. Zurab Jvanya adına dövlət administrasiya məktəbinin Marneuli regional tədris mərkəzinin sədri Cəmilə Hüseynovanın dediyinə görə, cari ildə gürcü dili kursunu yalnız bir direktor keçib.
“2014-cü ildən bu günə qədər bu proqramı 14 direktor keçib. Əsasən bu proqrama müəllimlər gəlir. Direktorlar əsasən 2014-cü ildə gəlirdilər. Ondan sonra proqram da dəyişib. Qaydaya görə onlar yenidən bu proqramı keçməlidirlər”.
Qırmızı kəndin ictimai məktəbinin direktoru Jvanya məktəbində gürcü dili A1 kursunu keçir. Bu isə gürcü dilinin tədrisinin ilk mərhələsidir.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments