İnfrastruktur layihələri üçün büdcə 100 000 lari dəyərində artır
Bu gün,
28 dekabr tarixində Marneuli bələdiyyəsinin maliyyə-büdcə komissiyası tərəfindən büdcənin yekun layihəsinin müzakirəsi təşkil olunub. İclasda Marneuli meriyasının maliyyə büdcə xidmətinin rəhbəri Vüqar Məmmədov çıxış edib və həmkarlarını büdcə layihəsi ilə tanış edib. Məmmədov iclasda infrastruktur layihələrin büdcəsini ətraflı şəkildə müzakirə edib.
“Keçən ilin büdcəsi ilə müqayisədə bu il infrastruktur layihələr üçün büdcə təxminən 100 000 lari artıb. Həmçinin, qeyd olunmalıdır ki, ən gec mart ayına qədər hakimiyyətinin büdcəsindən 3 800 000 lari ayrılmasını gözləyirik. 2 500 000 lari isə bu il artıq qalan vəsaitdən keçir. Yəni ümumilikdə yekun büdcə 18-19 milyona qədər çıxacaq, bu il olduğu kimi”.
Vüqar Məmmədov onu da qeyd etdi ki, İqtisadiyyat Nazirliyi tərəfindən Marneuli ərazisində mövcud olan torpaq və binaların özəlləşdirilməsinə görə, mərhələli şəkildə əlavə gəlirlərin olması da mümkündür və qanunvericiliyə əsasən, əlavə gəlirlər infrastruktur layihələrə yönələcək.
İnfrastruktur layihələri, tikinti bərpa işləri üçün cəmi 8 milyon 779 800 lari ayrılıb ki, bu da təşkilati kodlara görə ətraflı olaraq aşağıdakı kimi bölünür:
Yolların qeydinə qalınması-qorunması istiqamətində 350 000 lari
Yolların əsaslı təmiri – 2 597 000 lari
İçməli suyun bərpası işləri – 1 129 232 lari
“Kənd suları” MMC-nin (“Softskali”) maliyyələşdirilməsi – 700 000 lari
Suvarma kanalları və sahil bərkitmə işləri – 898 512 lari
Kanalizasiya sisteminin qeydinə qalınması-qorunması və təmizlənməsi – 25 000 lari
Küçə işıqlarının quraşdırılması-bərpası – 1 073 600 lari
Yeni idman meydançalarının yaradılması – 824 500 lari
“Mədəniyyət Mərkəzi”nin maliyyələşdirilməsi – 700 000 lari, buradan mədəniyyət tədbirlərinin keçirilməsi məqsədilə 167 000 lari
Televiziya xidmətləri – 72 000 lari
İctimai səhiyyə xidmətləri – 150 000 lari
Əhaliyə kömək məqsədilə sosial proqramlar – 715 000 lari
“Marneuli” Radiosu
marneulifm1106 Posts
0 Comments