Marneulinin büdcəsi bir milyon dəyərində artır

sakrebulos-sxdoma-3

Bu gün, 28 dekabr tarixində Marneuli bələdiyyə məclisinin Maliyyə-Büdcə Komissiyası tərəfindən büdcənin yekun layihəsinin müzakirəsi baş tutdu. İclasda Marneuli Meriyasının Maliyyə-Büdcə xidmətinin rəhbəri Vüqar Məmmədov hesabatla çıxış etdi və həmkarlarını büdcə layihəsi ilə tanış etdi. Marneulinin 2018-ci il büdcəsi milyondan çox məbləğ dəyərində artır. Prioritet olaraq infrastruktur istiqaməti qalır, idman və məktəbəqədər tədris sahəsində xidmətlərin büdcələri 2017-ci illə müqayisədə ümumilikdə 2 milyon artır.

Dünən baş tutan iclasda bələdiyyə məclisi komissiyasının sədrləri, mer müavinləri və bələdiyyə məclisi sədrinin müavini iştirak edirdi.

Maliyyə-Büdcə Komissiyasının sədri Roman Tabatadzenin sözlərinə görə, bugün bələdiyyə məclisinin iclasında büdcə layihəsinin bu versiyası təsdiqlənməlidir, o, iclasın gedişatından danışır.

“Biz bu məsələdə razlışdıq ki, demək olar bütün MMC-in məbləği artıb. Bildiyiniz kimi büdcə sağlam orqanizmdir. Bu yekun versiya deyil. Çünki hansısa təşkilatda qalıq da qala bilir. Hansısa problem və ya yardım lazım olsa biz buradayıq”.

Vüqar Məmmədovun, Maliyyə-Büdcə Xidmətinin rəhbərinin sözlərinə görə, maaş fondu artmayıb, həmçinin, yanacaq və danışıq limitlərini iki dəfə azaldıblar.

“2018-ci ilin büdcəsi 19 milyon 911 mindir ki, bu isə 2017-ci ilin ilk təsdiqlənən büdcəsi ilə müqayisədə milyon yarımdan çoxdur. Qeyri-kommersial hüquqi şəxslərin büdcəsi artıb. Əlbəttə ilk növbədə infrastruktur layihələrinin məbləği artırılıb. Məktəbəqədər tədris müəssisələri üçün 2 milyon 200, yarım milyona qədər artım olub. İdman məktəbinin maliyyəsi artmayıb. Marneuli Bələdiyyəsində raqbinin inkişafı üçün keçən il 370 min tələb etmişdilər, biz isə 250 min lari ilə maliyyələşdirdik, Bu il də idman məktəbi üçün 1 milyon 300 tələb olunub. Hələlik isə təsdiqlənməmiş büdcədə 1 milyon yüz min nəzərdə tutmuşuq”.

İclasda “Avropalı Gürcüstan”ın deputatı Əhməd İmamquliyev də iştirak edirdi, o, büdcənin planlaşdırılması ilə razılaşmır. Onun sözlərinə görə, yerli büdcədən dini tikililərin təmiri və onlar üçün kommunal vergilərin ödənilməsinə ayrılan 72 min lari, düzgün deyil. Əhməd İmamquliyevin sözlərinə görə, Marneulinin təmizlənməsi üçün məbləğ əhəmiyyətli dərəcədə artmayıb, o, qeyri-gürcü dilli məktəblərdə yerli olmayan şagirdlər üçün yerli büdcədən 50 lari dəyərində məbləğin ayrılması ilə razı deyil. “Avropalı Gürcüstan”ın deputatı tenderdlərdə qalib gələn kvalifikasiyasız kompaniyaları da diqqətə yetirdi və nümunə olaraq Keşəli kəndində seçkilərdən əvvəl çəkilən yolu göstərdi. Onun dediyinə görə, artıq yol xarab olub. O, bildirir ki, büdcənin ictimai müzakirəsi olmayıb, ancaq o, öz layihəsini sakrebuloya təklif edib.

“Marneuli Bələdiyyəsinin nəqliyyatına məbləğ ödəyirik ancaq əhalini bu qane etmir. Bu nəqliyyat axşama qədər çalışmır, günün birinci hissəsində fəal çalışır axşam saat 5-6-dan sonra yox olurlar. Biz yerli təqaüdçülərə və şagirdlərə təmənnasız nəqliyyatdan istifadə imkanı verməliyik. Çünki MMC-nin maliyyəsi yoxdur və bunu biz ödəyirik.”.

Marneuli Bələdiyyəsinin 2018-ci ilin büdcəsinin təsdiqlənəcəyi, 2017-ci il bələdiyyə məclisinin sonuncu iclası, 29 dekabr tarixində baş tutacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register