Bələdiyyə məclisi sədrinin müavini Mamuka Naverianinin “Marneuli” Radiosunun redaksiya siyasətinə müdaxilə cəhdi

chareva

“Cəmiyyət sizi hadisələri mənfi istiqamətdə işıqlandıran media kimi tanıyır və mən əminəm ki, burada gördüyünüz bu pozitivi, obyektiv olaraq cəmiyyətə çatdıracaqsınız” – bu cümləni Mamuka Naveriani, bələdiyyə məclisi sədrinin müavini 28 dekabrda, büdcə layihəsinin müzakirəsi bitdikdən sonra “Marneuli” Radiosunun ünvanına bildirib.

Radio jurnalistinin bunun redaksiya siyasətinə müdaxilə olması haqqında sualına bələdiyyə məclisinin sədr müavinin cavabı: “Yalnız sizin mövqeyinizi bildirmək olmaz”.

Görüşdə Marneuli bələdiyyə məclisinin deputatları, meriya nümayəndələri və media vasitələrin nümayəndələri iştirak edirdilər.

Mamuka Naveriani – “Mən əminəm ki, burada gördüyünüz pozitivi obyektiv şəkildə cəmiyyətə çatdıracaqsınız”.
Nana Sisvadze – “Mediaya ağıl öyrədirsiniz ki, necə işıqlandırmalıyıq”?
Mamuka Naveriani – “Xeyr, sadəcə sizin mövqeyinizi qeyd etmək olmaz”.

Bildirmək istəyirik ki, icma radiosu “Marneuli” həmişə məqsədi icmanın üzvlərinin Konstitusiya ilə zəmanət verilmiş hüququnun həyata keçirilməsinə aid olan müzakirələrin aparılmasına dəstək olacaq – biz media təşkilatıyıq və Marneuli yerli özünüidarəetməsi orqanlarının – bələdiyyə məclisi və Meriyanın çalışması haqqında əhaliyə səs çatdırmaq cavabdehliyimiz var. Bizim işimiz isə məhz prosesləri müşahidə etmək və hakimiyyətin kontrolunu nəzərdə tutur.

“Marneuli” Radiosu bələdiyyə məclisi çalışmanın qeyri-şəffaflığına dəstək üçün həvəsləndirməyəcək. Radio heç bir siyasi qüvvənin maraqlarını irəli sürməyə dəstək olmayacaq və bunun üçün çalışmayacaq, çünki media vasitələrinin məqsədi müstəqil, balanslaşdırılmış, jurnalist standartlarına söykənərək çalışmaqdır.

Müvafiq olaraq, “Gürcü Arzusu” – Demokratik Gürcüstan” partiyasının proporsional siyahıda üç nömrəsi olan, bələdiyyə məclisi sədrinin müavini Mamuka Naverianiyə bildirmək istəyirik ki, icma radiosu “Marneuli”nin redaksiya siyasətinə müdaxilə cəhdindən çəkinsin. İctimai şəkildə tələb edirik ki, sualmıza cavab versin – niyə sübutlardan kənar radiounun çalışmasını qiymətləndirir; Hansı tədqiqatların və ya sorğunun əsasında bu bəyənatı verir. Belə bəyənatlar ictimai məmur tərəfindən müstəqil mediaya qarşı müasir demokratik standartlara uyğun gəlmir.

Biz yenə də bələdiyyə məclisi və Meriyanın çalışması haqqında əhaliyə məlumat çatdırmağa və müzakirələr keçirməyə davam edəcəyik. Baxmayaraq ki, bu siyasi partiyaların və ya hakimiyyət nümayəndələrinin xoşuna gəlir ya yox. Çünki biz cəmiyyətə xidmət göstəririk və icma üçün çalışırıq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register