“Vanqa deyilsən ki? – Roman Tabatadze, bələdiyyə məclisi Komissiyasının sədri

11111

Marneulidə may ayına qədər “Ağıllı kameralar” adlanan qurğular montaj olunacaq. 28 dekabr tarixində Marneuli Meriyasında 2018-ci ilin büdcəsinin müzakirəsi zamanı maliyyə-büdcə xidmətinin rəhbəri Vüqar Məmmədov qeyd etdi ki, bələdiyyə “Ağıllı Kameralar” alıb. Hələ ki, Ermənistan və azərbaycan istiqamətində montaj olunacaq və bunun vasitəsi ilə bütün qanun pozuntusu olan faktlar qeydə alınacaq və eləcə də əhəmiyyətli dərəcədə təmizliyin yoxlanmasına dəstək olacaq. Sonra isə bütün Marneulini əhatə edəcək, mer müavininin dediyinə görə, kameralar montaj olunan yerdə zibil qutuları olacaq.

“Ağıllı kameralar”ın montaj edilməsi layihəsi böyük marağa səbəb olub və bələdiyyə məclisinin üzvləri müzakirə aparıblar. İclasda infrastruktur layihələrindən söhbət gedən zaman Əhməd İmamquliyev qeyd edib ki, təmizlik prioritetlərdən biri olmalıdır. İnfrastruktur daha çox siyasi planlardır. Bələdiyyə məclisinin üzvləri bununla razılaşmadılar və konkret nümunə çəkməyi tələb etdilər.

– “Bu ona istiqamətlənəcək ki, elementar olaraq vətəndaşın özünüinkişafı artsın və zibili qutudan kənara deyil qutuya atsın. Təəssüf ki, buna dair faktlarımız var. Hökumətin özünün prioriteti də təmizlikdir. Ona görə də araşdırılıb, əsas yerlərə kameralar qoyulacaq. Təmizlik xidməti burada iştirak etmir ancaq deyim ki, maşınlar alınıb və küçələr də əlavə olunub”.

Merin müavini qeyd etdi ki, büdcədə əhali tərəfindən tələb olunan infrastruktur layihələri var.

– “Düzgün müzakirə aparmırsan”.

– “Heç bir yanlış müzakirə yoxdur. Mən bilirəm harada milyonlara iş görülür. Oradan azaldıb başqa işlərə artıra bilərik”.

– “Elə çıxır ki, siz bilirsiniz biz bilmirik”.

– “Ola bilsin siz görmürsünüz”.

– “Nə danışırsan. Bir nümunə göstər”.

İmamquliyev seçkiqabağı Keşəli kəndində çəkilən yolu siyasi olaraq hesab edir. O, deyir ki, yolun təmirindən bir il keçməmiş yol artıq xarab olub. Maliyyə-büdcə xidməti komissiyasının sədri Roman Tabatadze cavab olaraq bildirdi ki, Keşəli kəndində əhali yolun təmirini tələb edib zibil qutularının qoyulmasını deyil. İmamquliyev qeyd edib ki, büdcədə gələcək dəyişiklikləri həyata keçirmək mümkündür və bu zaman Tabatadze “Avropalı Gürcüstan”ın üzvünü Vanqa ilə müqayisə edib.

– “Cənab Əhməd, infrastruktura ayrılan məbləğ infrastruktura da sərf olunacaq. Buradan azaldaq oraya artıraq deyirsiniz belə olmur. Bu büdcədi ora-bura aparıb gətirmək olmaz. Keşəlidə isə əhali tələb etmişdi ki, yol çəkilsin. Zibil qutularının qoyulmasını istəmədilər və yol çəkildi”.

– “Bu büdcə kimdənsi gəlmir ki, sağlam orqanizmdir. Burada müzakirə apara bilərik”.

– “Nə deyirsiniz indi gəlin infrastrukturu əlinizə götürün. Vanqa deyilsiniz ki, bu gün sabah ola. Sadaxlıda su layihəsi var. İkinci mərhələdi. Ona ayrılan məbləği götürəm kommunal xidmətə verək”.

İclasda Bələdiyyə məclisi, meriya və media nümayəndələri iştirak edirdilər.

Ətraflı sujetdən biləcəksiniz!

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register