Bələdiyyəyə qrantlar yolu ilə hakimiyyət tərəfindən 6 253 800 lari daxil olacaq
Dünən, 28 dekabr tarixində Marneuli bələdiyyə məclisinin maliyyə-büdcə komissiyası tərəfindən büdcənin yekun layihəsinin müzakirəsi baş tutdu. İclasda Marneuli meriyasının maliyyə büdcə xidmətinin rəhbəri Vüqar Məmmədov çıxış etdi və həmkarlarını büdcə layihəsi ilə tanış etdi. Məmmədov bələdiyyənin gözlənilən gəlirləri ətraflı şəkildə müzakirə etdi.
Vüqar Məmmədovun dediyinə görə, 2018-ci ildə bələdiyyəyə qrantlar yolu ilə hakimiyyət tərəfindən 6 253 800 lari daxil olacaq. Buradan 6 003 800 lari bərabər köçürmə olacaq, müəyyən olunmuş səlahiyyətlərin yerinə yetirilməsi üçün məqsədyönlü köçürmələr isə 250 000 lari olacaq.
Digər gəlirlərdən isə 4 558 000 larinin daxil olması gözlənilir.
Banklardan qəbul olunacaq faiz – 300 000 lari
Təbii resurslardan gələn gəlir – 520 000 lari
Torpaq icarəsi – 170 000 lari
Tikinti üçün icazələrin verilmməsi ödənişləri – 100 000 lari.
Məcburi hərbi xidmətin təxirə salınması ödənişləri – 6 000 lari
Oyun biznesi ödənişləri – 1 757 000 lari
Təmizlik üçün – 200 000 lari
Qeyri-bazar yolu ilə satılan məhsul və xidmətlər – 5 000 lari
Cərimələr və sanksiyalar – 1 500 000 lari
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments