2018-ci ildə Marneulinin büdcəsi 19 911 800 lari dəyərində müəyyənləşib

2017-ci ilin Marneuli Bələdiyyə Məclisinin sonuncu iclası, 29 dekabr tarixində baş tutub.
Gələn ilin büdcəsi təsdiqləndi və keçən illə müqayisədə 1 656 300 lari dəyərində artır. Marneulililərin gələn il büdcəsi 19 milyondan çox müəyyənləşib. Yeni büdcənin prioriteti olaraq infrastruktur layihələri qalır. Marneuli meriyasının maliyyə-büdcə xidmətinin rəhbəri Vüqar Məmmədov büdcə haqqında məlumat verdi və həmkarlarına bu istiqamətdə ayrılan məbləğlər haqqında danışdı. Marneuli Bələdiyyə Məclisi 2018-ci ilin büdcəsini 31 səslə 3 səs əleyhinə 25 dəqiqədə təsdiqlədi. İclasda yalnız “Avropalı Gürcüstan”ın deputatı tərəfindən suallar səsləndi, digər deputatlar heç bir məsələyə qarşı çıxmadılar.
Amiran Qiorqadze, altıncı çağırış bələdiyyənin sədri, Bələdiyyənin çalışmasını dəyərləndirir və 2018-ci ilin büdcəsinin təsdiqlənməsi haqqında danışır.
29 dekabr iclasında bələdiyyənin vəzifəlilərinin nüsxəsinə iki fraksiyanın sədri və fraksiyanın dörd müavini əlavə olundu. Fraksiya sədrinə maaş 1680, fraksiya sədr müavininə isə 1280 lari dəyərində müəyyənləşib. Qeyd olunan dəyişiklik 2018-ci ilin 3 yanvarından qüvvəyə minəcək.
“Marneuli” Radiosu
marneulifm1106 Posts
0 Comments