Bələdiyyə yenə də medianın birbaşa yayımlamasını məhdudlaşdırmağa cəhd göstərir
Marneuli Bələdiyyəsi yenə də iclasın birbaşa yayımlanmasının məhdudlaşdırılması haqqında məsələyə qayıdıb və yekun baş tutan Bələdiyyə iclasının sonunda Amiran Qiorqade, yekun sözü Bələdiyyənin hüquqi şöbəsinin xidmət rəhbərinə verib, o bildirib ki, media vasitələrinin Bələdiyyə iclaslarını birbaşa yayımlanması yalnız icazə ilə mümkün olacaq.
Onun sözlərinə görə, meriyanın böyük və kiçik konfrans zalı arasında fərq var.
Bizim jurnalistin bu növ məhdudiyyətləri hansı qanunun tənzimlədiyi haqqında sualına o, izah verib ki, bunu oların reqlamentinin onuncu maddəsi tənzimləyir. Həmin qanunu Bələdiyyə aparatının rəhbəri Nino Beridze də “Marneuli” Radiosunun jurnalistinə, yeni çağırılmış bələdiyyənin birinci iclasında Facebook Live vasitəsilə yayımlanmasına məhdudiyyət qoyan zaman da qeyd etmişdi.
“Beynəlxalq Şəffaflıq Gürcüstan”-ın hüquqşünasının sözlərinə görə, “Yerli özünüidarəetmə məcəlləsi”nin 87-ci maddəsi ilə müəyyən edilib ki, Munisipolitetin Bələdiyyə və Bələdiyyə Komissiyalarının iclası ictimaidir, əvvəlcədən xəbərdarlıq etmədən orada iştirak etmək hüququ isə hər bir şəxsə verilib. Bu isə Bələdiyyənin şəffaflıq prinsipini tənzimləyir, media vasitələrinin çərçivəyə salınmasını deyil.
“Marneuli” Radiosu
marneulifm1106 Posts
0 Comments