Yeni Zelandiya: spirtli içki qadağasına etiraz edənlər ada düzəldərək Yeni ili qarşılayıb

Yeni ildə Yeni Zelandiya sahillərində içki içməyin qadağan edilməsinə bir neçə nəfər yaradıcı yaxınlaşıb.
Coromandel yarımadasının Tairua qəsəbəsində yaşayanlar sahildən daşıdıqları qumla dənizin ortasında bir ada düzəldib.

Adaya bir piknik masası və içkilər üçün buz dolu bir vedrə yerləşdirməyi bacaran qrup, Yeni ilə burada içərək girib.
“Bu çox yaradıcı bir ideyadır – əvvəldən bilsəydim, yəqin ki, mən də onlara qoşulardım”, – yerli polis rəisi John Kelly deyib.

Coromandel yarımadasında Yeni il bayramı zamanı ictimai yerlərdə içki içməyə görə 250 Yeni Zelandiya dolları cərimə nəzərdə tutulub.
Stuff.co.nz saytı yazır ki, ada hələ yıxılmayıb.
Mənbə: www.bbc.com/azeri
Amil Məmmədov2286 Posts
0 Comments