Yeni ildə pirotexniki vasitələrin yetirdiyi xəsarətə görə bir nəfər Marneuli sakini barmağını itirib
Yeni il gecəsi, “Geo Hospitals”ın Marneuli şöbəsinə 2 nəfər daxil olub. Onların hər ikisi pirotexniki vasitələrdən istifadə edərkən əllərindən xəsarət alıblar.
16 yaşlı gənc və ortayaşlı kişi yeni il partlayıcılarından ehtiyatsız istifadə etdiklərinə görə yaralanıblar. “Geo Hospitals”ın ictimaiyyətlə əlaqələr xidmətindən Marneuli radiosuna bildirdiklərinə görə yaralananlardan birinin barmamğı amputasiya olunub.
27 dekabr tarixində Marneuli radiosunun efirində efirə getmiş süjetdə pirotexniki vasitələrin keyfiyyəti və yoxlanılması barədə söhbət açılmışdı. Həmin süjetdə Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin proqram koordinatoru Vaxtanq Kobaladze bildirmişdi ki, Gürcüstanda pirotexniki vasitələrin keyfiyyətinə nəzarət olunmur və yaş məhdudiyyəti də müəyyən olunmayıb.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments