Ağıllı kameralar tərəfindən Gürcüstan miqyasında 30 mindən artıq qayda pozuntusu qeydə alınıb

video

2017-ci il noyabr ayının 1-dən dekabr ayının 1-ə qədər ağıllı kameralar tərəfindən Gürcüstan miqyasında 31 377 qayda pozuntusu qeydə alınıb. 31 377 cərimədən 13 581-i artıq ödənib ki, bunlardan da 8 625 cəriməni sürücülər ilk on gün ərzində ödəyib və 20%-lik güzəştdən faydalanıblar.

Gürcüstan miqyasında quraşdırılmış 61 ağıllı kameralardan biri, konkret olaraq Şida Kartli bölgəsinə aid Qori bələdiyyəsi ərazisində quraşdırılmış bir kamera 5 698 qayda pozuntusu qeydə alıb ki, bu kameralar arasında ən yüksək göstəricidir. Sürücülər həmin kameranın quraşdırıldığı ərazidə sürət həddini tez-tez aşırlar.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Noyabr ayında Acarıstan ərazisində quraşdırılmış 9 ədəd kamera cəmi 1 275 qayda pozuntusu qeydə alıb. Şida Kartlidə 3 kamera tərəfindən 6 441 cərimə yazılıb. İmeretidə quraşdırılmış 14 kamera tərəfindən ümumilikdə 5 288 qayda pozuntusu qeydə alınıb. Kaxetidə 1 kamera quraşdırılıb və həmin kamera tərəfindən ay ərzində 4 cərimə yazılıb. Msxeta-Mtianeti bölgəsində 1 kamera tərəfindən 62, Tbilisidə quraşdırılmış 33 kamera tərəfindən isə 18 307 cərimə yazılıb.

Xatırladırıq ki, ağıllı kameralardan noyabr ayının 1-dən istifadə olunmağa başlanılıb.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register