NATO-nun əlaqələr ofisinin Gürcüstana yeni rəhbəri təyin olunub
NATO-nun əlaqələndirici ofisinin Gürcüstanda yeni rəhbəri var. Viliam Lahiunu qeyd olunan vəzifədə Rozaria Pulisi əvəz edəcək.
2017-ci ilin aprelindən Rozaria Pulisi NATO-nun əlaqələr ofisinin rəhbər müavini vəzifəsini tuturdu, ona qədər isə Mərkəzi Asiyada NATO-nun əlaqələr ofisinə rəhbərlik edirdi. Müxtəlif vaxtlarda o, Libiyada, Ukraynada, Kosovada, Moldovada çalışıb. Qeyd etmək lazımdır ki, 2008-2012-ci illərdə Rozaria Pulisi, eləcə də Gürcüstanda Avropa İttifaqının monitorinq missiyasının siyasi müşaviri olub.
Rozaria Pulisi Gürcüstanda NATO-nun əlaqələr ofisinin rəhbəri vəzifəsinə cari ilin 1 yanvarından təyin edilib.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments