Pirotexnikadan istifadə zamanı xəsarət alan 44 nəfər xəstəxanaya müraciət edib

Pirotexnikadan istifadə zamanı dəyən zərərə görə 44 nəfər xəstəxanaya düşüb. İPN-ə Təcili tibbi yardım xidmətindən verdikləri məlumata görə, 44 nəfərdən 21 nəfəri uşaqdır. “Yeni ilin ilk günün göstəricisinə görə, 40 nəfər xəstəxanaya düşüb, onlardan 18 uşaqdır. Gecə 4 nəfər də əlavə ounub onun 3 nəfəri uşaqdır” –deyə Təcili-Tibbi yardım xidmətindən bildirilib.
Onların məlumatına görə, xəstəxanaya gələnlərin travması və yanıqları əsasən əl və sifət sahəsində olub.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments