Marneulidə yeni il gecəsi 3 uşaq dünyaya gəlib
2018-ci il 1 yanvar tarixində Marneulidə yerləşən “Aversi” klinikasında 3 uşaq dünyaya gəlib.
“Aversi” klinikasından Marneuli radiosuna verilən məlumata görə, dünyaya gələn hər üç uşaq sağlamdır. Marneulidə 2018-ci ildə ilk uşaq gecə saat 4:20-də dünyaya gəlib.
Gürcüstan miqyasında isə ilk uşaq “Hera-2011” doğum evində dünyaya gəlib. Qabriel Mğebrişvili yeni ilin gəlişindən 12 dəqiqə keçdikdən sonra dünyaya gəlib. O, ailənin ilk uşağıdır.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments