Elektron reseptlərə keçmək məcburi oldu
2018-ci ildən dərmanların elektron reseptlə verilməsi məcburi olur. Səhiyyə Nazirliyinin məlumatına görə, Forma N3, artıq elektron forma ilə əvəz edilir. Bu islahat hələ Tbilisi miqyasında həyata keçiriləcək, daha sonra isə, bütün Gürcüstanı əhatə edəcək.
Səhiyyə Naziri David Sergeenko bəyan etdi ki, Nazirlik sadəcə elektron resept sistemi ilə çalışan tibb müəssisələri ilə əməkdaşlıq edib, müqavilələr imzalayacaq. Səhiyyə Nazirliyinin məlumatına görə, bütün böyük əczaçılıq şirkətləri yeni elektron resept sistemi ilə tanış olublar. Paytaxt miqyasında 1000-dən artıq həkimə təlim keçirilib.
Yaxın gələcəkdə bölgələrdə çalışan həkimlərə də təlimlər keçiriləcək.
Mənbə: 1tv.ge
Amil Məmmədov2286 Posts
0 Comments