2017-ci ildə Gürcüstandan son 30 il ərzində rekord sayda şərab ixrac edilib

caxir

2017-ci ildə Gürcüstandan son 30 il ərzində rekord sayda şərab ixrac edilib.

Milli Şərab Agentliyinin məlumatına görə, 2017-ci ildə Gürcüstanda dünyanın 53 ölkəsinə 76,7 milyon şüşə şərab (0,75 l) satılıb və bu 2016-cı ilin göstəricilərindən 54% faiz çoxdur. İxrac edilən şərabın dəyəri isə 170 milyon dollara qədər olub ki, bu da 2016-cı ilin analoji göstəricilərindən 49% çoxdur.

İxracat artımı isə ölkələr üzrə aşağıdakı kimidir: Çin – 43% (7 585 407 şüşə), Rusiya – 76% (47 778 920 şüşə), Ukrayna – 46%(8 502 554 şüşə), Polşa – 15% (2 676 440 şüşə), Latviya – 20% (1 505 138 şüşə), Belarus – 56% (1 827 130 şüşə), ABŞ – 56% (457 920 şüşə), Almaniya – 38% (404 538 şüşə), İsrail – 150% (213 074 şüşə),Monqolustan – 82% (168 162 şüşə), Fransa – 178% (99 796 şüşə), Azərbaycan 75% (141 294 şüşə) və sairə.

İdxalatçı ölkələrin ilk beşliyi belə görünür: Rusiya (47 778 920 şüşə), Ukrayna (8 502 554 şüşə), Çin (7 585 407 şüşə), Qazaxıstan (3 322 867 şüşə) və Polşa (2 676 440 şüşə).

Dünyanın 23 ölkəsinə 288 min şüşə şərab (0,5 l) ixrac edilib ki, bu da ixracatın 180% artması deməkdir.

Ümumiyyətlə, spirtli içkilərin ixracatı nəticəsində əldə edilən gəlir 283,8 milyon dollar təşkil edib ki, bu göstərici də 2016-cı ilin göstəricilərindən 46% artıqdır.

Mənbə: 1tv.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register