DİN Xidmət Agentliyi sürücülük vəsiqələri ilə bağlı sürücülərə müraciət edir

manqnaa

Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi sürücülük vəsiqələrini 1 aprel 2006-cı ilədək almış sürücüləri həmin vəsiqələrini vaxtında dəyişməyə çağırır.

Xidmət Agentliyinin Qeydiyyat və İmtahan Xidmətinin rəhbəri İmeda Makasaraşvilinin “Palitranyus” televiziyasında efirə gedən “360 dərəcə” verilişində bildirdiyinə görə, sürücülük vəsiqələrinin dəyişdirilmə müddətinin artırılması onunla bağlıdır ki, vətəndaşlar sürücülük vəsiqələrini son günlər ərzində dəyişdirmək istəyirdi, bunun nəticəsində də növbələr yaranırdı və çatdırmaq olmurdu.

“1 aprel 2006-cı ilədək verilmiş sürücülük vəsiqələrinin dəyişdirilməsi 1 yanvar 2018-ci ilədək baş tutmalı idi. Fəal kampaniyanalar təşkil etməyimizə baxmayaraq hamı sürücülük vəsiqələrini dəyişdirməyi son günlərə saxladılar. Bu isə Xidmət Agentlikliyinin sturuktur vahidlərində növbələrin yaranmasına səbəb oldu. Buna görə də bütün sürücülük vəsiqələrini 1 yanvar tarixinədək dəyişdirmək mümkün olmadı. Müvafiq olaraq qərar qəbul olunub ki, müddət uzadılsın və bu vaxt da 1 aprel 2018-ci ilədək uzadılıb. Hər kəsi Xidmət Agentliyinin struktur vahidlərinə gəlməyə və 1 aprel 2006-cı ilədək aldıqları sürücülük vəsiqələrini dəyişdirməyə çağırıram. Dəyişdirmə proseduru sadədir – sadəcə şəxsiyyəti təsdiq edən sənəd, sürücülük vəsiqəsi, sağlamlıq haqqında arayış və ödəniş haqqında qəbz təqdim olunur. Yaxşı olar ki, bu proses yenə də son günlərə saxlanmasın. Hələ təxminən 80 000 sürücülük vəsiqəsi dəyişdirilməlidir”, – deyə Makasaraşvili bildirib.

Mənbə: interpresnews.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register