Marneuli bələdiyyə məclisində təcrübə keçmək üçün vakansiya elan olunub

NDI

Milli-Demokratik İnstitutu (NDİ) qeyri-kommersial təşkilatdır və demokratiyanın dünyada yayılması üzərində çalışır. ABŞ-ın İnkişaf Agentliyi (USAİD)-ın maliyyə dəstəyi ilə, 2014-cü ildən  NDİ Gürcüstanda yerli özünüidarəetmə proqramını həyata keçirir. Proqramın məqsədi Bələdiyyələrin İnstutisional inkişafı, onların şəffaflığına dəstək, nəzarət funksiyasının gücləndirilməsi, qanunvericilik proseslərinin yaxşlaşdırılması və bələdiyyə seçiciləri ilə əlaqə mexanizmlərinin formalaşmasıdır.

Proqram çərçivəsində NDİ təcrübə keçmək üçün 2018-ci ilin fevarla ayından Avqusta ayına qədər sonrakı bələdiyyələrdə müsabiqə elan edir: Tbilisi, Zuqdidi, Marneuli və Ozurgeti.

Təcrübə tam qrafiklidir (İş saatları 10:-18:00). NDİ təcrübə keçənlərə 150 dollar dəyərində aylıq təqaüd verəcək. Bələdiyyələrdə təcrübə keçənlərin yerli qanunverici orqanlarda gedən aktivliklərə qoşulmaq və NDİ tərəfindən müxtəlif mövzuda keçirilən təlimlərdə iştirak etmək imkanı olacaq. Təcrübədən dolyı onlar bələdiyyənin ümxtəlif fraksiya və komisiyyalarında çalışacaqlar.

Uğurlu namizədlər aşağıda verilən meyarları qane etməlidirlər:
1. Sonrakı sahələrdə bakalvr diplomu:
** Beynəlxalq əlaqələr və siyasi elmlər
** Hüquq
** İctimai idarəçilik
** İqtisadiyyat
** Maliyyə
** Menecment
** İctimaiyyətlə əlaqələr

2. Siyasi prosesləri yaxşı bilmək
3. Güclü analitik bacarıqlar
4. Gürcü və ingilis dilini tam bilmək
5. Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
6. Komandada və fərdi çalışmaq bacarığı
7. Güclü təşkilatçılıq bacarıqları
8. Yazılı və şifahi ünsiyyət bacarıqları
9. Kompüter proqramlarını yaxşı bilmək (Microsoft Office, Internet, Social Media).

Maraqlanan namizədlər 30 yanvara qədər (saat 23:00) CV və motivasiya məktubunu ingilis dilində sonrakı elektron ünvana göndərə bilərlər: vacancygeorgia@ndi.org. Xahiş edirik, göndərdiyiniz poçtun başlığında müvafiq mövqenin adını qeyd edəsiniz (Məs: “Zuqdidi bələdiyyəsinin stajyoru”). Testləşdirməyə yalnız seçilən namizədlər çağırılacaqlar.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register