GeoStat: 2017-ci ildə illik inflyasiya 6.7% təşkil edib

inflacia

Gürcüstan Milli Statistika Xidmətinin göstəricilərinə əsasən 2017-ci ilin illik inflyasiya səviyyəsi 6.7% təşkil edib. Göstəriciləri Gürcüstan Milli Statistika Xidməti yanvarın 3-də yayımlayıb. Buna əsasən tərəvəzin qiyməti 2017-ci ildə 21.35 %-lə, səhiyyə 8.1 %-lə, nəqliyyatda qiymətlər isə 14.9 % artıb. Ərzaq və spirtsiz içkilərin qiyməti 7.3 %, nəqliyyatın qiyməti 14.9 %, spirtli içkilər və təmbəkinin qiyməti 17.5 %, səhiyyə baxımından isə qiymətlər 8.1 % bahalaşıb. Biz maraqlandıq ki, Marneuli sakinləri qiymtlərin artması ilə bağlı nə düşünürlər. Sorğuda iştirak edən satıcı və alıcıların çoxusu qeyd edir ki, məhsul və mediakemntlərin qiyməti bahalaşıb.

“Porpsi” jurnalının baş redaktoru Qiorqi İsakadze ölkənin illik inflyasiyasını büdcənin balanslaşdırılması məqsədi ilə siyasi seçkiylə əlaqələndirir.

“Ayrı-ayrı klassifikatorlara baxsaq, Gürcüstan Milli Statistika Xidmətinin məlumatlarına yenidən baxmaq lazım gəlir. Hesablama meyarlarını nəzərdə tuturam, fikrimcə klassifikatorlar kifayət deyil. Düşünürəm ki, məsələn ola bilsin ki, əczaçılıq onların və ya istehlakçılar palatasının hesablama meyarlarına daxil olmasın və burada 50 faiz və daha artıq artım ola bilər. Buna əsasən biz hər şeyi qiymətlərə yenidən baxmaqla aksizi olan mallar üzərindən axtarmalıyıq. Bütün bunlar üçün real başlıq budur. Bu həmin seçimdir, bu halda hakimiyyətin etdiyi siyasi seçimdir, iki mövzu var idi, büdcə balanslaşdırılmış olmalı idi və beynəlxalq valyuta fondunun proqramını qəbul etməli idik. Bu müvafiq zəncirvari reaksiya ilə bütün qiymətlərə təsir göstərib. Fikrimcə 20-25 faizlik amplituda ilə yenə qalxacaq və sonra qiymətlər düzəldiləcək. Qalanlarını larinin məzənnəsi göstərir”.

Gürcüstan Milli Statistika Xidmətinin göstəricilərinə görə, 2017-ci ilin dekabrında keçən ayla müqayisədə inflyasiya səviyyəsi Gürcüstanda 0.8 faizi təşkil edib.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register