Marneulidə avtomobillərin texniki baxışdan keçirilməsi Candarda mümkün olacaq

avto1

2018-ci ilin 1 yanvarından avtomobillərin dövrü texniki baxışı məcburi olacaq. Sürücülərin avtomobillərin dövrü texniki baxışı haqqında məlumatı var ya yox və bilirlərmi ki, bunun üçün avtomobili hara aparmalıdırlar. Bununla bağlı sorğu apardıqvə sorğunu sizə təqdim edirik.

Sorğudan da göründüyü kimi sürücülərin çoxusu qeyd olunan məsələ haqqında məlumatsızdır. Avto nəqliyyat vasitələrinin texniki təftişliyinin qaynar xətt menecerinin müavini Ketevan Cabaşvili izah edir ki, 2018-ci ilin 1 yanvarından texniki baxışdan sərnişin avtobusları, marşrut taksilər, qoşqular və yük maşınları da keçəcəklər.

“Müxtəlif regionlarda testləşdirmə mərkəzi var. İstifadəçilər eləcə də veb səhifədən məlumat ala bilərlər. Bu səhifə gipiai.ge-dir. Həmçinin qaynar xəttə 14-84 nömrəsinə zəng vura bilərlər. Testləşdirmə haqqında məlumat ala bilərlər. Operatorla əlaqə və facebook vasitəsilə də əlaqə saxlaya bilərlər. Bir ay əvvələ qeydiyyata düşməlidirlər və qeyd olunan saatda gedib testləşdirməni keçməlidirlər. Eləcə də canlı sırada dura bilərlər”.

Ketevan Cabaşvilinin sözlərinə görə, Marneulidə Candar qəsəbəsində testləşdirmə mərkəzi var və “Saje” adlanır. Məbləği ödəmək üçün isə M1 və N1 avtomobillərinin sürücüləri 60 lari ödəyəcəklər, ancaq M2, M3, N2,N3 nəqliyyat vasitələrinin sürücüləri isə 100 lari ödəyəcəklər.

2019-cu ilin sonuna qədər Gürcüstanda qeydiyyatdan keçmiş bütün avtoparklar təftişlikdən keçəcəklər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register